Psixoterapiya metodları nədir?

Psixoterapiyanın bir neçə növ var. Fərdi psixoterapiyalar, ailə və cütlük terapiyaları və qrup psixoterapiyaları şəklində tətbiq olunur. Bundan əlavə pasiyentlərin problemlərinə görə terapiya növləri spesifikləşmiş ola bilər. Cinsi terapiyalar, maddə asılılığı terapiyaları, kariyer planlama terapiyaları kimi spesifik problemlər spesifik terapiyalara nümunədir.

PSİXOTERAPİYA METODLARI

Psixologiya elminin inkişafi ilə birlikdə bir çox terapevtik metod ortaya çıxıb: Psixodinamik Psixoterapiya, Koqnitiv Davranış Terapiya, İnterpersonal (şəxslərarası) Psixoterapiya, EMDR, Geştalt Terapiyası və s. Bu terapiya metodları bir-birinə zidd olmamaqla yanaşı terapiya prosesini ələ alan metodlarda bəzi fərqliliklər göstərirlər. Hansı terapiya metodunun yaxşı olduğunu demək çətin olsa da xüsusilə bəzi psixoloji problemlərdə bəzi metodların daha yaxşı nəticə göstərdiyinə dair araşdırmalar vardır.