Son illərin bir çox araşdırmaları göstərib ki, insan nə qədər zənginləşsə o qədər xəsis və ləyaqətsiz olur.
Son illərin bir çox araşdırmaları göstərib ki, insan nə qədər zənginləşsə o qədər xəsis və ləyaqətsiz olur. Lakin buradan belə bir sual meydana çıxır: Onların belə xəsis olması varlanmaqlarına səbəb olub, yoxsa pul onların mənəviyyatını dəyişə bilib?
Alimlər bunu bir neçə üsullarla müəyyənləşdirməyə cəhd göstəriblər. Məsələn, 1993-cü ildə aparılan araşdırmaya əsasən məlum olub ki, iqtisadiyyat fakultəsində təhsil alan tələbələrin çoxu psixologiya və memarlıqda təhsil alanlardan daha xəsisdilər.
Ümimilkdə müəyyən edilib ki, pulun çoxluğu tədricən insanı eqoist birinə çevirə bilir. Sosial eksperiment olaraq bir psixoloq San Fransiskoda bir eksperiment keçirib. Onun eksperimenti piyada yollarının müşahidəsi olub. Məlum olub ki, piyada yollarında bahalı maşınlara sahib insanlar piyadalara daha az yol verirlər. Lakin daha ucuz avtomobili olan adamlar piyadalara daha tez yol verirlər.
Bu tədqiqatların əksini iddia edən tədqiqatçılar da var. Onlar bildirirlər ki, əslində az imkanlı insanlar çox pul xərcləyə bilmirlər.(milli.az)