Hər bir xanım ev təmizliyində süngərlərdən istifadə edir.
Bəs süngərlərin mikrob yuvası olduğundan xəbəriniz varmı?
Psixoloq.az xəbər verir ki, mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur.
Süngərin tərkibinə hopan mikroblardan biri moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəbkarıdır.
Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktları aşkara çıxarıblar.
Bu səbəbdən mütəxəssislər süngərləri tez-tez dəyişdirməyi tövsiyə edirlər.