Qadağan olunmuş yerlərdə siqaret çəkən şəxslər cərimələnib

Azərbaycanda qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnən şəxslərin sayı açıqlanıb.

Psixoloq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ölkə.az-a verilən məlumata görə, “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin «102» Xidməti-Zəng Mərkəzi Sisteminə və www.mia.gov.azelektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində «Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub, onlara tətbiq edilmiş cərimələr 11 min 205 manat təşkil edib. 

Bu istiqamətdə tədbirlər davam etdirilir.