Bir qadın əsla unutmaz... Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də mənalı, sağlam, gözəl bir münasibəti davam etdirməkdir. Günümüzdə bir çox evliklik sadəcə evlilikdir. Nə bir həyat dostu, nə yoldaşdırlar.
Daxildən baxdığınızda ya sonlanmış, ya da əslində heç başlamamış münasibətlər, amma davam edən evliliklər görərsiniz. Bu evliliklər qorxu və ya qayğılarla davam etdirilən rəsmi evliliklərdir. Eyni evin içində yeyib-içib, televizor izləyib, aradabir cinsi münasibətdə olan evliliklərdir. Qayğılar və qorxular bütövlükdə bunlardır: uşaqlarla əlaqəli qayğılar, ekonomik qayğılar, yalnızlıq qorxuları, "bundan sonra kimlə evlənərəm" qayğıları, "aman, dul qadın olacağam" qorxuları, "aman, ailələri üzməyək, el-aləm nə deyər" və s. Bir çox qayğı və qorxular insanları sağlıqsız, ya da bitmiş münasibətlərdə saxlayar. Aldadılan qadın ilk mərhələdə emosional bir şok, travma yaşayar. Nə düşünəcəyini, nə edəcəyini bilməz. Bir tərəfi yoldaşına nifrət edərkən digər yarısı ondan ayrıla bilməz.
Ziddiyətli, tutarsız və nəzarətsiz davranmağa başlayar. Yoldaşının yaşadıqları ilə əlaqəli hər detalı bilmək, öyrənmək istəyər. Neçə dəfə bir yerdə oldular, necə oldular, harada oldular və b. Nə qədər və necə aldadıldığını bilmək istəyər. Yoldaşının gözündə peşmanlığı görmək istəyər, yoldaşının üzüldüyünü görmək istəyər, canını incitmək istəyər. Çünki öz ruhu çox ağrı çəkir. Axşam boşanmağı düşünər, sabah olunca evliliyini davam etdirməyi qərara alar. Gəl-getlər gedərək artır. Bu travma ilə, bu gerçəklə necə yaşayacağını bilməz. Artıq münasibətin sehri və saflığı pozulmuşdur. Heç bir şey əvvəlki kimi olmaz, amma necə davam edəcəyimizi bilmərik. Son sözüm kişilərədir: önəmli olan yoldaşınızın qorxu və qayğıları ilə ya da məcburiyyətlərilə sizinlə birlikdə olması deyil. Həyatı, həqiqətən, sizinlə paylaşmaq istədiyi üçün sizinlə həyata davam etməsidir. Güvənini bir dəfə itirdinizmi, bir daha yerinə qaytarmaq çox çətindir. Hətta çox vaxt imkansızdır. Bu səbəbdən də yoldaşınızı aldatmayın. Unutmayın, qadınlar əsla unutmaz!
Tərcümə: Aidə Mahmudova