Qadınların bir cümlə içində bir neçə fikir çatdıra bilərlər.
Kişilər qadınlardan baş açmadığını desələr də əslində diqqət yetirsələr bunu bilmək o qədər də çətin deyil.
Bəs qadınlar nə istəyir?
Bir az təkid edinƏgər bir qadın sizə “yox” deyirsə, əslində “yox” demir. Amma, “hə” də demir. Belə hallarda etməli olduğunuz onu razı salmağa çalışmaq, cavabının qəti “hə” olmasına nail olmaqdır. Həddi aşmamağa çalışın.
İnancXüsusilə özünə inanmadığı zamanlarda ona inanan bir kişi hər qadının diqqətini çəkir. Yeni bir işə başlayırsa, ona bunu bacaracağını deyin. Bunu sadəcə dildə söyləməyin. Ona həqiqətən inanın və dəstək olun.
HədiyyələrƏgər qadınların sadəcə zinət əşyaları sevdiyini düşünürsünüzsə, tamamilə yanılırsınız. Sözarası sevdiyini dediyi hər hansı bir şeyi heç gözləmədiyi anda alıb gətirsəniz, daha xoşbəxt olacaq. Bu, sevdiyi bir çiçək, yaxud şokolad, şirniyyat da ola bilər.
Yumor hissi
Alimlər gülməyin ən təbii afrodizyak olduğunu deyir. Onu güldürmək üçün zarafatlar edin. Təbii ki, həddinizi aşmadan.
DiqqətÇox da şitini çıxarmadan, gündüz yüz dəfə zəng etmədən, ya da gün ərzində tez-tez mesaj yazmadan da diqqətcil ola bilərsiniz. Günün sonunda səmimi şəkildə soruşacağınız “günün necə keçdi?” sualı işinizə yarayacaq.
PozitivlikDuyğusal olaraq özünü yaxşı hiss etməyən bir qadın üçün motivasiyaedici cümlələr çox romantik ola bilər. Sadəcə gülümsəyin və onu hər şeyin yoluna düşəcəyinə inandırın. Gözəl duyğular özü ilə daha da gözəllərini gətirir.
DürüstlükQadınlar bu məsələdə çox həssasdırlar. Bir yerə getmək istəmədiyiniz zaman bəhanə uydurmaq yerinə “ora getmək istəmirəm, çünki bu gün başqa bir şey etmək istəyirəm” deyərək dürüst ola bilərsiniz. Hər zaman sözün düzünü danışın.
HörmətƏgər hələ də qadınları kişilərdən daha gücsüz hesab edirsinizsə, demək, qadınlar haqqında heç bir şey bilmirsiniz. Ona layiq olduğu dəyəri verin və bunu etməkdən çəkinməyin. Münasibətdə xoşbəxtliyin açarı iki tərəfin də bir-birinə hörmətidir.