Qaraciyər orqanizmin metabolizmasını sürətləndirən, virusların orqanizmdən ifrazını təmin edən orqandır.
Bəs qaraciyəri necə təmizləmək olar?
Yeməkdən əvvəl bir diş sarımsaq
Boş mədəyə sarımsaq udmaq ən klassik reseptdir. Sarımsaq ağız qoxusuna səbəb olsa da, qara ciyər funksiyasını optimal hala gətirmək, arıqlamaq üçün əla vasitədir.
Gündə bir ədəd qreyfurt
Qreyfurt sağlam qara ciyər üçün çox vacibdir. Tərkibində C vitamini və antioksidantlar olan qreyfurt qara ciyərin təbii təmizləmə işlərinə kömək edir. Səhər yeməyində bir stəkan təzə sıxılmış qreyfurt suyu içmək də olar.