Qarşısındakını anlamır, göz təmasından yayınır - Asperger sindromu nədir?

Asperger sindromu psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, lakin onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf edir. Onların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Bu sindrom bir xəstəlik deyil, müalicəsi də mümkün deyil. Mövcud hal ömür boyu davam edər.

Sindromun yaranma səbəbi məlum deyil. Beyin inkişafının geriləməsi ilə bağlı olaraq yarana bilər.

Bəs Asperger sindromu hansı əlamətlərlə üzə çıxır?

Hər orqanizmdə müxtəlif əlamətlərlə üzə çıxa bilər. Əlamətlərdən ən diqqət çəkəni isə insanlarla münasibətdə çəkilən çətinliklərdir. Danışmaqda çətinlik çəkə bilərlər. Qarşısındakı insanın demək istədiyini, zarafatlarını anlamaqda çətinlik yarana bilər.

Danışan zaman az miqdarda göz təması edərlər. Bir hərəkəti dəfələrlə təkrarlaya bilərlər.

Bəs müalicəsi necə olunur?

Bir xəstəlik olmadığından bu halı ortadan qaldıran müalicə üsulu da yoxdur. Müəyyən mütəxəssislərlə çalışmaq, gündəlik işlərə adaptasiyanı asanlaşdıracaq.

Qeyd edək ki, müalicə üsulu, danışıq terapiyası ilə də aparılır. Bunlarla yanaşı dərman müalicəsindən də istifadə edilir.

Şəhanə Quliyeva

Psixoloq.az