İyul 27-dən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.
Psixoloq.az-ın məlumatına görə, bu barədəoxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumatda qeyd edilib ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları təxminən 10% artırılacaq.