Qazlı içkilərdən uzaqlaşın - Bu xəstəliyi yaradır

Qazlı içkilər diabet və altsheymer xəstəliyi riskini artırır.

Psixoloq.az xəbər verir ki, bu, alimlərin apardığı araşdırmalardan sonra məlum olub.

ABŞ-ın Kolumbiya universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub ki, “Altsheymer” xəstəliyi ilə şəkərli, xüsusilə də kola kimi qazlı içkilər arasında əlaqə var.

Alimlər 7 il ərzində 2.226 yaşlı şəxsin iştirakı ilə çalışma aparıblar. 7 il ərzində bu şəxslərin qəbul etdiyi şəkər əlavə edilmiş qidalar, yüngül içkilər və meyvə suları qeydə alınıb. İştirakçıların 429-u altsheymer xəstəliyinə yoluxub. Tədqiqatın sonunda gündə 30 qram şəkər əlavə edilmiş qida qəbul edənlərlə 6 qram şəkər əlavə edilmiş qida qəbul edənlər arasında xəstəliyə yoluxma riskinin 33% çox olduğu üzə çıxıb.