Qəlyan çəkmək ürək xəstəlikəri yaradır - Araşdırma

Qəlyandan istifadə siqarət çəkilməsi qədər insan sağlamlığına zərərlidir.

Psixoloq.az xəbər verir ki, bu barədə ABŞ-ın Kaliforniya Universitetinin alimləri müəyyən ediblər.

Alimlər 48 könüllü üzərində araşdırma apararaq, onlardan 30 dəqiqə müddətində qəlyan çəkilməsini istəyiblər. Mütəxəssislər qəlyandan əvvəl və sonra ürək döyüntüsünü, arterial təzyiqini, qanda nikotinin miqdarını ölçərək, müqayisə ediblər. 

Nəticədə alimlər müəyyən ediblər ki, qəlyanın çəkilməsi ürək döyüntülərinin dəqiqədə 16 dəfə azaldılmasına, arterial təzyiqin artmasına səbəb olur. Bu isə insanda ürək-damar xəstəliklərinin yaranması riskini artırır.