Qurban bayramı münasibətilə mağazalarda sırf bu bayrama aid, bir birindən maraqlı xonçalar satılır. Bu xonçalar əsasən nişan mərasimləri üçün alınır.
İslami dəyərləri özündə birləşdirən müxtəlifsimvollar və Qurban Bayramınına aid, biri birindən maraqlı aksesuarlar.
Şokolad bağlamasının üzərində əl işlərindən hazırlanmış quzu şəkli,Qurban bayramının simvolu olan və bayram ab-havasında bəzədilmiş qoç fiquru, məscidi xatırdalan güzgülər.
Bütün bunlar Qurban bayramı münasibəti ilə hazırlanan qurbanlıq xonçalarda öz əksini tapıb.
Xüsusi zəhmət tələb edən və əl ilə hazırlanan qurbanlıq xonçalar bir günə ərsəyə gəlir. Nailə İsəgndərova deyir ki, bayram xonçaları xüsusilə nişan mərasimləri üçün alınır. Xonçaların qiyməti isəaksesuar və ölçüsünə görə dəyişir.
Xonçaların içinə qurbanlıq qoyunlar üçün əl ilə işlənilmiş xüsusi geyimlər də qoyulur. Nailə İsgəndərova deyir ki,Qurban bayramı ilə əlaqədar qurbanlıq xonçalara endirimlər də olur.