Qorxu hissi vücudu çürüdür - Bu dərmanlardan istifadə etməyin

Aparılan araşdırmalara görə, qorxu və narahatçılıq bir çox psixoloji problemlərə yol açır. 

Bəs insanlara qorxu və narahatçılıq hissinin hansı mənfi təsirləri mövcuddur?

Psixoloq.az həmin təsirləri təqdim edir:

Ruhi gərginliklər yaradır – Gərginlik içərisində olan insanlar fərqli reaksiyalar verə bilər. Qorxu və narahatlıq nəticəsində insan əzələləri gərginləşir və nəticədə bu ağrılar ortaya çıxa bilər. Kürək, mədə, baş ağrısı, qol-ayaq ağrılarının əsas səbəblərindən biri stress ola bilər.

Psixoloji ağrılar isə insanın yaşayış tərzinin keyfiyyətini aşağı salır.

Türkiyəli psixiatr Hüsnü Erkmenin sözlərinə görə, psixoloji ağrıların digər ağrılardan fərqsiz olduğunu bildirib. Psixoloji problemlər görəcəyiniz işlərin də keyfiyyətini aşağı salır.

Belə bir zamanda psixoloq dəstəyi almaq daha vacibdir. Çünki bəzən insan özü ilə bacarmır. Bu isə  daha böyük problemlərə yol aça bilər.

Bəzi insanlar psixoloji problemlər səbəbindən mütəmadi olaraq dərman istifadə edirlər. Mütəxəssis isə, bu növ dərmanların sağlamlıq problemlərinə yol aça biləcəyini qeyd edib:

“Bəzən gündə 3-5 ədəd, 5-10 ədəd dərman içən var. Ancaq ağrıkəsici dərmanlar vücud üçün düşünüldüyündən daha təhlükəli dərmanlardır. Xüsusilə də böyrəklər üçün zərərlidir. Bu səbəbdən həkim nəzarəti olmadan bu növ həblər qəbul edilməməlidir”.

Şəhanə Quliyeva