Realist insansınız, yoxsa daha romantik hərəkət edirsiniz? Bu test vasitəsilə romantik zəkanızı ölçə bilərsiniz.1. Hansı fikri özünüzə daha yaxın görürsünüz?a) Həyatdan zövq al, daim sürprizlərə hazır ol! Sabah nə olacağını heç kəs bilə bilməz. b) Dürüstlük ən qalıcı şeydir. Yalanlar uçub gedir. c) Əsla problemləri təxirə salma! Yoxsa daha da böyüyüb qarışıq hala gələcək. d) Hamı özünə cavabdehdir. Kimsə başqasına güvənsə, böyük bir xəyal qırıqlığı yaşaya bilər.2. Sizdə qısqanclıq hissinə nə səbəb olur?a) Bir dostunuz xəyalını qurduğunuz hər şeyə sahibdirsə, üstəlik bununla öyünürsə. b) Çox çalışqan olduğunuz halda, yarıtmaz görünən iş yoldaşınız sizdən daha uğurludursa. c) Dost qrupunuzdakı insanlar bir dostunuzla çox maraqlandığı halda, sizin heç kefinizi soruşmursa. d) Ən yaxın dostunuz insanlarla asanlıqla dostluq qura bildiyi halda, sizin bunu bacarmamağınız.3. Hansı vəziyyətlərdə narahat görünürsünüz?a) İlk dəfə sevgilinizin ailəsi ilə tanış olanda. b) Kütlə qarşısında çıxış edərkən. c) Sizə borcu olan birindən borcunuzu geri almaq istədikdə. d) Bir dostunuz sizə eşitməyi istəmədiyiniz sirlərini açdıqda.4. Pis gün keçirirsiniz. Bu gün sizi ən çox nə əsəbləşdirə bilər?a) Qəbul saatı aldığınız halda, getdiyiniz iş yerində heç kəsin olmaması. b) Qaça-qaça avtobusa çatırsınız və tam qapıya çatdığınız an sürücü qapıları bağlayır. c) Saxlatdırdığınız paltarı almağa getdiyiniz zaman onun satıldığını görmək. d) Küçədə uşağa qışqırıb, onu döyən ana.5. Hansı rəng sizə daha xoş gəlir?a) Firuzəyi. Xoş əhval-ruhiyyə yaradır. b) Çəhrayı. Ən sevdiyiniz rəng olmasa da, sizi sakitləşdirir. c) Açıq mavi. Dəniz kimi rahatlaşdırıcıdır. d) Bənövşəyi. Çünki son günlərdə dəbdədir.6. Aşağıda göstərilənlərdən hansı sizi stressə sala bilər?a) Borclarınızla bağlı xəbərdarlıq aldıqda. b) Müdiriniz etmək istəmədiyiniz bir iş üçün sizi məcbur etdikdə. c) Bir dostunuz prinsiplərinizə əks bir şey istədikdə. d) Yatıb qaldığınız üçün bir dostunuzu çətin vəziyyətdə qoyduqda.7. Saata baxmadan onun neçə olduğunu təxmin etməyə çalışın. Nə qədər yaxınlaşdınız?a) Az qala düz tapmısınız. b) Yarım saata qədər səhv etdiniz. c) 15 dəqiqə fərq var. d) Saat istifadə etmirsiniz.8. Vacib qərarlar verərkən sizə kim kömək edir?a) Falçıya gedərsiniz. b) Vəziyyətdən xəbərdar olan insanlardan məsləhət alarsınız. c) Özünüz vəziyyəti analiz edərsiniz. d) Hisslərinizlə hərəkət edərsiniz.9. Evlənməyə qərar verdiniz. Ən çox nəyə diqqət edərsiniz?a) Heç nəyin monotonlaşmamasına diqqət edərsiniz. b) Tez maddi vəziyyətə baxarsınız. c) Dava çıxmaması üçün əvvəlcədən əlinizdən gələni edərsiniz. d) Bundan sonra evin içində əsla ev paltarı ilə gəzməzsiniz.10. Komanda ruhu müxtəlif fikirlərə açıq olmaq deməkdir. Bəs insanlar sizinlə asanlıqla müzakirələr apara bilərmi?a) Əgər mövzu sizin üçün maraqlı deyilsə, istəksiz görünərsiniz. b) Müzakirələri mənasız görürsünüz. c) Müzakirələri sevirsiniz. Özünüzü yarışmada kimi hiss edərsiniz. d) Bütün əks fikirləri sakitcə dinləyərsiniz.11. Diqqətcilsinizmi?a) İnsanların ruhunu ən dərinə qədər oxuya bilirəm. b) Diqqətciləm. Çünki məndən daim kömək istəyirlər. c) Çox da pis deyiləm. d) Qərarsızam. Qiymətləndirmə:
Cavablar:95 bala qədər: Realistsiniz Realist biri olaraq hərəkətlərinizi əvvəlcədən yaxşı ölçüb-biçirsiniz. Sevgi və dostluqda problemləri mümkün qədər tez aradan qaldırırsınız. İş həyatınızda stressi soyuq qanlılıqla qarşılayırsınız. Bir az soyuq görünməyiniz sizə sərf edir. Beləliklə güclü görünürsünüz.95-160 bal arası: Həssas və məsafəlisiniz İnsanları və vəziyyətləri sürətli və doğru dəyərləndirə bilirsiniz. Bir baxışdan daha çoxunun olub-olmayacağını, iş müsahibəsinin müsbət nəticələnib-nəticələnməyəcəyini, bir dostunuzun dürüst olub-olmadığını hiss edirsiniz. Ancaq öz iç dünyanızı hiss etdirmirsiniz.160 baldan yüksək: Düzgün yoldasınız Tanış olduğunuz insanların haqqındakı ilk təəssüratlarınız, adətən, daha sonralar təsdiqini tapır. Eyni şəkildə yeni bir işə başladığınız zaman hələ ilk gündən oradakı karyera şansınızı düzgün təxmin edə bilirsiniz. İnsanlar sizinlə tez yaxınlıq qururlar. Bunun səbəbi isə ağlınızla hislərinizi tarazlıqda saxlamağı bacarmağınızdır.(feat.az)