Rəqs terapiyası–bədən və hərəkətlərin vasitəsi ilə şəxsin öz hisslərini və konfliktlərini yaşamasına, tanımasına və ifadə etməsinə kömək etməsi üçün psixoterapiya metodudur. Rəqs terapiyasının inkişafına mühüm töhvəni Wilhelm Reich`in “мышечный панцирь” nəzəriyyəsi gətirib. O ilk dəfə sübut edib ki, insanın əzələ spazmı, sıxıntısı ( “мышечный панцирь”) uşaqlıqda yaranır, bu da daha çox cəzalandırılmaq qorxusu (misal:valideyn uşağını tərbiyə edərək hər hansısa qadağalar qoyur və bəzən də cəzalar verə bilər, bu zamanda uşağın əzələlərində müəyyən sıxıntılar yarana bilər), qəzəb, narahatlıq və daim insanın cinsi duyğularının basdırılmaq gərəkliyi ilə əlaqəli olur. Nəticədə komplekslər və sıxıntılar bədəndə yığılır və müxtəlif zehni və somatik xəstəliklərə yol aça bilər. Wilhelm Reich pasiyentlərin spontan bədən hərəkətləri ilə düzgün tənəffüs zamanı əzələ gərginliyini, sıxıntıları azalda bilər, hansılar ki insanın yaşamasına mane olur.
- Rəqs terapiyasının faydaları
Rəqs terapiyası bir çox problemlərlə mübarizə aparmaq üçün istifadə edilə bilər:
- Emosiyaların əks etdirilməsi, emosional vəziyyətin yaxşılaşması.
- Fərqindəliyin artması (özünü dərk etmə), özünə inam, müstəqil və sağlam fərdiləşdirmə bacarığı,
- Düşüncə, duyğu və hərəkət arasındakı əlaqələrin qurulması,
- Adaptiv mexanizmlərin inkişafı və dəyişənlərin öhdəsindən gəlmə qabiliyyəti,
- Dominant, intensiv düşüncələr və hisslərlə başa çıxma (öhdəsindən gəlmək) və onları ifadə edə bilmək,
- Uğursuzluq qorxusu,
- Şəxslərarası konfliktlər,ünsiyət bacarığının olmaması, kommunikativ bacarığın çatışmaması (ünsiyyət bacarığının əksikliyi),
- Rəqs terapiyası daha çox problemləri haqqında birbaşa danışmağı bacarmayan, danışmaq istəməyən şəxslər üçün məsləhət görülür.
Müəllif: Klinik psixoloq Nərmin Sucayeva