Sabirabadda nasosxana, Bərdədə transformator yandı

Sabirabad rayonunun Ulacalı kəndində ümumi sahəsi 84 m2 olan taxta konstruksiyalardan ibarət nasosxana, içərisində quraşdırılmış su nasosu və elektrik kabelləri yanıb.

Psixoloq.az Bizimyol.info-ya  istinadən xəbər verir ki, yaxınlıqdakı digər nasosxana yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bərdə rayonunun Qasımbəyli kəndində isə avtomobil təmir sexinin ərazisində quraşdırılmış gücü 25 kVt olan transformatorun yanar hissələri və ətrafda 10 m2 sahədə kol-kos yanıb.Yaxınlıqdakı sex yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.