Saç tökülməsinin təbii yollarla müalicəsi

Allopesiya ( lat. Alopecia-keçəlləşmə deməkdir. ) başın və gövdənin müəyyən sahələrində tüklərin seyrəkləşməsi və ya tamamilə yoxa çıxması ilə nəticələnən patoloji saç tökülməsidir. Tibbin atası Hippokrat uzun illər allopesiya ilə mübarizə aparmış, sonda isə özü tamam keçəl qalmışdı. Məhz onun şərəfinə allopesiyanın ən ağır formasına Hippokrat adı verilmişdir ( allopesiyanın Hippokrat forması ).

  1. Hər birindən 20 qr olmaqla kəklikotu, söyüd ağacının qabığı və at pıtrağının qabığı götürülür, xırdalanır və qarışdırılır. 4 xörək qaşığı qarışığın üzərinə 1 litr su əlavə edilir və 15 dəqiqə qaynadılıb süzülür. Alınan maye həftədə 2dəfə başa sürtülür.
  2. Hər birindən 1 xörək qaşığı olmaqla kəcəvər kökü və at pıtrağı kökü, 4 xörək qaşığı isə mayasarmaşığı qozası götürülür. Qarışığın üzərinə 1 litr su əlavə olunub qaynadılır. 30 dəqiqədən sonra alınan qarışıqla baş 2 gündən bir yuyulur.
  3. Hər birindən 2 xörək qaşığı olmaqla söyüd qabığı və at pıtrağı qabığı götürülür. 1litr isti su əlavə edilərək 8-10 dəqiqə qaynadılır, sonra isə 30 dəqiqə müddətinə dəmə qoyulur. Soyudulduqdan sonra alınmış maye ilə baş 2 gündən bir yuyulur.
  4. Az bir miqdar suda xırdalanmış at pıtrağı yarpaqları və qabığı qaynadılır. Sonra isə üzərinə kərə yağı əlavə olunaraq qarışdırılır. Alınmış həlməşik kütlə saçların dibinə sürtülür.
  5. Aşağıda qeyd olunan bitkilər xırdalanaraq qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb 1 stəkan suda qaynadılır. Yeməkdən 30 dəqiqə əvvəl hər dəfə 60-100 ml olmaqla gündə 3 dəfə daxilə qəbul edilir.

At pıtrağı kökü-15 qr

Solmazçiçəyi-10 qr

Yatıqqanqal-15 qr

Qarğıdalı saçağı-10 qr

Aptek çobanyastığı-10 qr

Mancuriya araliyası-15 qr

Adi dazıotu-15 qr

Adi dağtərxunu-10 qr

  1. 100 qr qurudulmuş gicitkən yarpaqları xırdalanıb üzərinə 0.5 litr su və 0.5 litr sirkə əlavə olunur, 30 dəqiqə müddətinə qazın üzərində qızdırılır. Süzüldükdən sonra saçlar bu maye ilə sabunsuz yuyulur.
  2. Aşağıda qeyd olunan bitkilər 1 litr suda 10 dəqiqə qaynadılır. Maye qaynadıldığı qazanda qalır, isti-isti parçaya bükülür və1 saat saxlanılır. Soyuduqdan sonra süzülür, alınmış maye ilə baş həftədə 3 dəfə yuyulur.

Gicitkən yarpağı-30 qram

Dəvədabanı yarpağı-30 qram

Kəcəvər kökü-20 qram

BƏZİ  XALQ  TƏBABƏTİ  ÜSULLARI.

  1. 1 litr su 40-50°S-yədək qızdırılır. Üzərinə 2 xörək qaşığı bal əlavə olunub qarışdırılır. Həftədə 2 dəfə saçların dibinə yaxılır.1 xörək qaşığı mayonez və hərəsindən 1 çay qaşığı olmaqla gənəgərçək yağı və bal götürülüb qarışdırılır. Saçların üzərinə və dibinə yaxılıb yaylıqla bağlanır, 30-40 dəqiqə saxlanılır. Bundan sonra saçlar yuyulur.
  2. Yarım stəkan palıd qabığı və eyni miqdarda soğan qabığı qarışdırılaraq üzərinə qaynar su əlavə edilib qızdırılır. Otaq temperaturunadək soyudulub saçlar bu maye ilə isladılır və qalın yaylıqla bağlanılır. 2 saatdan sonra açılıb saçlar qurudulur.
  3. Tibet həkimləri kəsilmiş baş soğanı başın tüksüz nahiyələrinə sürtməyi tövsiyə edirlər.
  4. Bir neçə ədəd qırmızı bibər bankaya yığılıb üzərinə araq tökülür və ağzı bağlı formada 2 həftə saxlanılır. Alınmış mayedən 2 çay qaşığı götürülür və üzərinə 2 çay qaşığı gənəgərçək yağı və eyni miqdarda adi şampun əlavə edilir. Qarışıq saçlara çəkilib 1 saat qaldıqdan sonra yuyulur. Prosedur gündə 1 dəfə və ya 2 gündə 1 dəfə olmaqla 3 ay müddətinə təyin olunur.
  5. 4 ədəd qırmızı bibərin üzərinə 0.5 litr araq tökülüb 21 gün saxlanılır. Alınmış tinktura ilə başın dərisi silinir. Hər proseduraya 50 ml maye sərf edilir.                                                      Fitoterapevt Elnur Rəhimov