Saxta Çin peyvəndləri AŞKARLANDI

Çinin “Çangçun Çangşeng Life Sciences” şirkəti saxta peyvənd istehsal edib.

Psixoloq.az publika.az-a istinadən  xəbər ki, şirkətin 15 rəsmisi saxtakarlıq və standartlara uyğun olmayan məhsul istehsal etdiklərinə görə saxlanılıb.

Çin mediasının yazdığına görə, ölkənin Qida və Dərman İdarəsi müfəttişləri bununla bağlı araşdırma aparıb.

Şirkətin quduzluğa qarşı olan peyvəndləri soyudaraq mühafizə edilməsi və qurudulması prosesində parametrləri pozduğu məlum olub. Yaşı 7-dən az olan uşaqlar üçün difteriya, tetanus və göy öskürəyə qarşı vurulan DTap peyvəndinin standartlara uyğun olmadığı açıqlanıb.

Məlumata görə, quduzluğa qarşı keyfiyyətsiz istehsal edilmiş peyvəndlərin bir qismi bazara çıxarılıb. Onların keyfiyyətsiz olması açıqlanandan sonra toplanır.

Şirkətin peyvəndlərinin keyfiyyətsiz olması ilə bağlı şikayətlər zaman-zaman gündəmə gəlib.