Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illəri payız-qış mövsümünə hazırlıq tədbirləri ilə bağlı əmr imzalanıb.
Psixoloq.az xəbər verir ki, nazir müavini Elsəvər Ağayevin imzaladığı əmrə əsasən, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyi tabeliyindəki müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırıq verilib.
Əmrdə bildirilir ki,mövsümə hazırlıqla əlaqədar olaraq qazanxana maşinistləri ilə əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin.
Qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektirk qızdırıcılarından istifadəsi qadağan edilməlidir. Tüstü borusunun və bacasının qurumdan təmizlənməli,qazanxanada nəzarət-ölçü cihazları yoxlanılmalı, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xidməti mütəmadi olaraq həyata keçirilməlidir.