Azərbaycanda fəaliyyət göstərən androloq-sekspatoloqlardan birinin sosial şəbəkədə "qeyri-adi" reklamı paylaşılıb.
Psixoloq.az ölkə.az-a istinadən xəbər verir ki, hər on kişidiən səkkizinin cinsiyyət orqanıyla bağlı problemi var. Reklamda istifadə edilən "Balacanı da götürün gəlin" sözləri isə sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. Adətən azyaşlılarla bağlı işlədilən cümlənin sekspatoloqun reklam mətnində işlədilməsi birmənalı qarşılanmayıb.
Psixoloq.az bu barədə psixoloqların fikrini öyrənib. Belə ki, psixoloqlar reklam vəziyyətində belə insanların psixologiyasını nəzərə almağın vacibliyini vurğulayıblar.
"Bəziləri avropasayağı davranmaq istəyirlər. Ancaq unudulmamalıdır ki, Azərbaycan psixologiyası başqadır. Xüsusilə də uşaq mövzusunda insanlar çox həssasdır. Onların adlarını belə reklamlarda çəkmək düzgün addım deyil. Əgər gerçək problemdən bəhs edilirsə buna daha həssas yanaşılaraq düzgün formada çatdırmaq lazımdır",-deyə psixoloqlar bildirib.