“Sənətim üçün həyatımı qurban verdim” – Məşhur türkiyəli psixoloqla müsahibə/FOTO

Türkiyənin məşhur psixoloqu, münasibətlər üzrə mütəxəssisi, kitab yazarı Aşkım Kapışmakın dünən -18 noyabr Pullman hoteldə seminarı baş tutub.

Psixoloq.az xəbər verir ki, mütəxəssis tədbirdə, insan həyatı üçün vacib məqamlara toxunub. Həmçinin yeni “Alma desəm çıx” adlı kitabı barədə danışıb.

Qeyd edək ki, seminardan sonra kitab imzalama mərasimi keçirilərək iştirakçılara Aşkım Kapışmak izmalı sertifikatlar verilib.

Əməkdaşımız Şəhanə Quliyevanın psixoloq Aşkım Kapışmakla apardığı müsahibəni təqdim edirik:

-     “Aşkım” gerçək adınızdır?

-     Bəli, öz adımdır.

-     Məşhur olmaq üçün əlavə ada, ləqəbə ehtiyac duydunuz?

-     Aşkım adı hər zaman insanlara fərqli gəlib. Adım üçün xüsusi hazırlığa ehtiyac qalmadı. Adım və soyadım qəribə olduğu üçün  hər zaman maraq çəkib. Əlavə nəisə etməyə ehtiyac duymadım.

-Adınızı kim qoyub?

-     Rəhmətli olan nənəm qoymuşdu.

Bu qədər məşhur olmağı gözləyirdiniz?

-     Əslində bütün dünyaya açılmaq, onlar üçün nəisə etməyə çalışmaq istəyirdim. Bunun da yolu məşhurlaşmaqdan keçirdi. Bu qədər düşünmürdüm. Amma inşallah qoruya bilərəm. Əsas olan budur.

-     Bu yüksək məqamı əldə etmək üçün həyatınızdan nəisə qurban etdinizmi?

-     Təbii ki... Həyatımdan əl çəkdim. Yeri gəldi ailəmlə görüşə bilmədiyim zamanlar oldu, sevgilimlə görüşə bilmədim. Hətta özümlə belə görüşə bilmədiyim zamanlar oldu. Çünki çox çalışırdım. Bu dünyadakı yaşamaq üçün məqsədimi tapdım və inşallah davam edəcək.

-     Bir çox turnirlərdə iştirak etmisiniz. Bu səfərlər arasında fərqli gələn, marağınızı çəkən nə olub?

-     İnsanlar hər ölkənin psixologiyasına görə dəyişir. Məsələn almanlar daha ciddi, qayda-qanuna, ingilislər isə daha çox məntiqə görə davranırlar, fransızlar intellektualdırlar, azərilər çox istiqanlıdırlar, çox səmimidirlər. Hər ölkədə fərqli hadisələrlə qarşılaşıram. Evlənmə təklifləri çox alıram. Ana qızı ilə gəlir, qızını mənə tanıtdırır.(red: gülür).

-     Siz necə cavablandırırsınız?

-     Təşəkkür edirəm. Mənə buna layiq gördükləri üçün sevinirəm. Ancaq ola bilməz yəni.

-     Bir çox qadınların sizə vermək istədiyi sualı səsləndirmək istərdim. Köhnə sevgililəri, münasibətləri unutmaq mümkündür?

-     Bu mümkün deyil. Onsuzda beynimiz unutmağa meyilli deyil. Yaşadıqları ilə yaşamağa, onunla bacarmağı öyrənmək lazımdır. Bu istəklə, həsrətlə yaşamağı qəbul etməlidirlər. Bunu öyrənmək məcburundadır hər kəs.

-   Seminarda evliliyin monotonluğundan bəhs etmişdiniz. Evliliyi sonlandırmaq üçün bitiş nöqtəsi nədir?

-     Bu hər insana görə dəyişir.  Bəziləri aldadıldığı halda evliliyə davam edə bilirlər. Maddiyyat, cinsi münasibətlər sıxıntı ola bilər. Hər evlilikdə həyəcan olmalı deyil. Ancaq bir çox evlilik kağız üzərində davam edir. Paylaşma yoxdursa, empati qurulmursa, anlaşma yoxdursa evlilik bitməlidir. Evlilik digər səbəblərdən –yəni cinsi problemlər, maddi sıxıntı, aldatmaqdan deyil, anlayışsızlıqdan,münasibət qopuqluğundan bitə bilər.

-     Sağ və sol beyin anlayışından həm seminarlarınızda, həm də kitablarınızda bəhs edirsiniz. Əgər evlilikdə cütlüklərdən biri sağ digəri sol beyin üzrə inkişaf edibsə belə evlilik necə davam etdirilə bilər? (Qeyd edək ki, sağ beyini daha çox inkişaf edən şəxslərdə gəzmək, danışmaq, həyəcan, aktivlik daha çoxdursa, digər tip insanlarda bunun tam əksi, ciddilik, panik ataklıq, şübhəçilik daha çox özünü göstərir).

-     Bir-birini anlamaqla davam etdirilməlidir. Düşün ki qarşındakı səndən fərqlidir.  Məsələn, sağ beyin daha aktiv, həyəcanlıdırsa, sol beyindən sakitləşməyi, nə zaman durmağı öyrənməlidir. Sol beyin də sağdan daha rahat olmağı, əylənməyi öyrənməlidir. İki tərəf də öyrənməlidir. Bu fərqliliklər ayrı-ayrılıqda üstünlük deyil.

-     Hazırda sevgiliniz varmı?

-     Xeyr yoxdur. 2 ildir yoxdur.

-    Aşkım Kapışmaq bir çoxları üçün möhtəşəm insandır. Belə bir insanı hansı qadın özünə cəzb edə bilər?

-     Bunun uzunmüddətdən bəri bilirəm. Mən zəkaya aşiq olanlardanam.  Mən bir qadının vücuduna aşiq olammıram. Hər kişi bəlkə də müəyyən qədər təsirlənir, amma mən hadisələrə baxış tərzi, mərhəmət duyğusu, yeri gələndə dura bilən, oxuyan insanlara daha çox aşiq ola bilərəm.

-   İdeal insan istəyirsiniz deyə bilərik?

-     Təbii ki zəif cəhətləri olacaq. Məsələn, aqressivliyi, dalaşa biləcək insanları sevərəm, amma həddində edəcək. Zəkasına aşiq ola bilərəm.

-   Mən belə oturan zaman belə sizdən qorxa bilərəm. Çünki yüksək səviyyədə bədən dili oxuya bilirsiniz.  Bu qədər dərinliyi bilmək şəxsi həyatınızda sizin üçün çətin olmur?

-     İş zamanı asan olur. Şəxsi həyatımda əvvəllər çətin idi. Artıq diqqət etmirəm. Beynim öyrəndi artıq. Fİlm, veriliş izləyən zaman yenə də narahat oluram. Nə zaman yalan deyir və s. anlaya bilirəm özümdən asılı olmadan.

-     Sizi bu qədər məşhur edən, sevdirən nədir? Səmimiyyətiniz, biliyiniz ya sadəliyiniz?

-     Gözəl maddələr saydın. Mən öyrəndiyimi bildirirəm. Bu bitməyəcək.  Məncə səbəbi daha çox səmimiyyətdir. Universitet zamanı səmimi, yuxarıdan aşağı baxmayan müəllimləri sevərdim. Həyat hər zaman bunu mənə öyrətdi. İnsanların da bu xoşuna gəlir. Həmçinin olanları teatr formasında anladıram. Bu da insanların xoşuna gəlir. Pis insan olmamağa çalışıram. Bəlkə də odur. Dəyərlər mənimçün əsasdır. Yoxsa mən cazibədar, yaraşıqlı deyiləm. Hiss etdiyim budur.

-     Yeni kitabınızdan bəhs edək. “Alma desəm çıx” adlı kitabınızla sizcə bir çox insanlar çıxa biləcəkmi?

-     Bu kitabı xaricdə Monteneqroda yazmışdım. İçərisi bir çox fəlsəfə, dini kitabların toplusu kimidir. Yaşamadığım nələrisə yazmıram. Qısa müddətdə Türkiyədə çox oxunulan kitablar sırasına daxil oldu.

Yazdıqlarınız sizi problemlərdən çıxartdımı? Özünüzə tətbiq edə bildinizmi?

-     İçərisində olanlar həqiqətən mənə faydalı oldu. İnşallah ümidim budur ki, oxuyanlara da təsir edər. Adətən 100-də 10luqda dəyişim olar. Bunda da elə olacaq deyə düşünürəm.

-  Bakı ilə bağlı təəssüratlarınız?

-     Bakıya ikinci gəlişimdir. Fərqli seminar üçün gəlmişdim. Buranın ətlərini çox sevirəm. Sizin xüsusi dolmanız çox gözəldir. Piti xörəyinizdən yedim. Çox ləzzətlidir həqiqətən. Çox gəzə bilmirəm iş səbəbilə. İnşallah sabah bir az gəzməyə zamanım olacaq. Mənim üçün getdiyim ölkələrdə divarlar vacib olmadı. İnsanlar əsasdır. Sevirəm azərbaycanlıları. Onlar bizə çox dəyər verirlər. Bəzən bizi bizdən daha yaxşı anlayırlar.

Müəllif: Şəhanə Quliyeva

0371e0d8eb4d3e262dbbc1ab066ab452.jpgffea75971bdd5bf989f5e14a551f52e3.jpg18b70e28b3b5a0b890dc9d9b06ac2fd6.jpg2f1a23868bce0300b3c7d84a39f98fcc.jpg