İngiltərənin paytaxtı Londonda maraqlı hadisə baş verib.
Amerikadan gətirilən Cessi adlı tutuquşu bazar ertəsi günü evdən qaçıb.
O, qonşularının damına çıxıb və tapılana qədər orada qalıb. Sahibi onun yaralandığını zənn edib və xilasedici çağırıb.
Londonun yanğınsöndürmə xidmətinə bağlı Heyvanları Qoruma Birliyinin işçiləri hadisə yerinə gəlib. Cessinin sahibi xilasedicilərdən tutuquşu ilə əlaqə qura bilmək "səni sevirəm” demələrini rica edib. Xilasedici dama çıxıb və quşun sahibinin dediklərini təkrarlayıb. Tutuquşu da öz növbəsində xilsediciyə "səni sevirəm” deyib, lakin ardınca söyüş söyüb.
Bütün cəhdlərə baxmayaraq, tutuquşu damdan enmək istəməyib və başqa dama qonub. Bir müddət sonra isə öz istəyi ilə evinə geri dönüb./publika.az