Uşağın rahat hərəkət edə bilməməsi - Serebral iflic xəstəliyi nədir?

Xəstəliyin etiologiyası və simptomatikası

Serebral iflic- dayaq hərəkət aparatının pozulmasıdır. Dayaq hərəkət aparatı pozulmuş olan uşaqlar xüsusi bir kateqoriyanı təşkil edən ümumi və xüsusi hərəkət çatışmazlıqları ilə digər qüsurlu uşaqlardan  fərqlənirlər. Dayaq hərəkət aparatının işləməməsi doğuşdan sonra baş-beyin qabığının hərəkət sahələrinin fəaliyyətinin pozulması ilə bağlı meydana çıxır.

Serebral iflici yaradan səbəblər isə müxtəlifdir:

Bətndaxili inkişaf zamanı ananın müxtəlif somatik, viruslu xəstəliklər

Toksiplazma,

Uşaqla ananın qan uyğunsuzluğu,

Doğuş zamanı kəllə beyin asfeksiya və beyinə qansızmalar.

Dayaq hərəkət aparatının çatışmazlığının ən geniş forması uşaq serebral iflicidir. Mərkəzi sinir sisteminin xəstəliyi olub baş beyin qabığının hərəkət mərhələlərinin və hərəkətin ötürücü yolların pozulmasıdır.

Uşağın vaxtından qabaq və ya gec doğulması da uşaq serebral iflicinə səbəb ola bilər. Genetik amillər, ağır keçən doğuş zamanı alınan xəsarət də səbəb ola bilər.

Uşaqlarda hərəkət funksiyasının bütövlükdə ləngliyi, dəqiqlik və koordinasiyanın pozulması müşahidə olunur. Onlarda başın dik tutulması, oturma, durma yeriş vərdişləri gec formalaşır.

Serebral iflicli uşaqlarda əzələ tonusunun kəskin pozulması olur. Buna da Dispraksiya deyilir.

Beləliklə, hərəkət pozulmaları uşağın bütün psixi inkişafının formalaşmasına mənfi təsir göstərir.

Serebral iflicli uşaqların əksəriyyəti üçün əqli iş qabiliyyətinin aşağı olması, yüksək yorğunluq xarakterikdir.

Serebral iflicli uşaqların çoxu küsəyən olurlar. Qorxu hissi onların canlarındadır. Uşaqlarda kəkələmə və alaliya kimi nitq qüsurları da olur.

Defektoloq Gülnarə Səfərəliyeva

Psixoloq.az