Bu günə qədər bir çox psixloji narahatlıqlara rast gəlinib.
Lakin etiraf edək ki, psixoloji pozuntular adı altında ağlımıza gələn sindromlar - şizofreniya, depressiya və psixoz kimi məhşur xəstəliklərdən önə keçməyib. Lakin adı çəkilən bu sindroma az rast gəlinir. Copgras sindromu elmə 1923-cü ildən Fransız həkim Copgras tərəfindən gətirilib. Copgras mirasını əlindən almaq üçün həyat yoldaşı və qizının yerinə keçmiş şəxslərdən danışan qadının dediklərini qeydə alıb. Bu qadında psixoloji və əqli pozuntunun olmaması daha çox marağa səbəb olub. Sindromun əsası isə bundan ibarətdir:
Şəxs ətrafında olan tanıdığı insanların dəyişdiyini, onların real olmadığını, eyni zamanda ona zərər yetirmək üçün yaxınlarının yerinə başqalarının keçdiyini deyir. Bu əlamətlər şizofreniya ilə eyniləşdirilir. Lakin Copgras sindromu adlandırmaq üçün reallığı dəyərləndirmə və analiz etmə bacarığı tamamilə itmiş olur. Bu sindromun müəyyən edilməsindən 93 il keçsə də aparılan araşdırmalar az saydadır. Bu sindrom paralic yaxud beyin qanamasından sonra yarana bilər. Sonda isə şəxsin dəli olmağı ilə nəticələnə bilər. Belə şəxslərin öz yaxınlarına zərər yetirdiyi hətta öldürdüyü məlumdur.
Sindromla bağlı real faktları təqdim edirik:
Bir qadın gecenin bir aləmi yuxudan oyanıb qulağında qəribə səslər eşidir. Həyat yoldaşının yanına qayıdaraq bu sözləri deyir:
"Dünyaya gətirdiyim və süd verdiyim bu uşaq insanlığın düşməni şeytanin özüdür. Ona analıq etdiyim üçün mən də günahkarlardan olacam və Allah məni bağışlamayacaq".
Lakin qadın həyat yoldaşının da artıq başqa adam olduğunu düşünür və ağlını itirir. Başqa bir fakt:
Bir şəxsin atası öldükdən sonar anası başqa biri ilə ailə həyatı qurur. Bu şəxs ögey atasının robot olduğu qənaətinə gəlir və onun başındakı mikroçipi tapmaq üçün başini kəsir.
Başqa birində isə şəxs atasının başqa biri olduğunu iddia edərək onu məhkəməyə verir.
Məhşur hindli nevroloq Vilayanur S.Ramchandram belə iddia edir ki, bu sindromun səbəbi insan uzunu tanımağa səbəb olan mərkəzlə tanıdığımız üzlərə duyğularımızla bağlı cavab verməyi təmin edən limbik sistem arasında bağlantının xəsarət alması yaxud düzgün işləməməsidir.
Turanə Rzayeva
Psixoloq.az