Hər kəs bir növ şokolad növü seçir. Bəzi mütəxəssislərə görə, şokoladın şəkli (kvadrat, yumru, üçbucaq), növü (ağ, südlü, bitter) və qablaşdırmanın atılma tərzindən (qırışdıraraq, ya da qatlayaraq) xarakter təhlili etmək mümkündür.
Onları təqdim edirik:
Yumru şokolad sevənlər, dost canlısı və insanların daha çox olduğu mühitləri sevən, başqalarını incitməkdən qorxan, hər yerdə sülh şəraitini təmin etməyə çalışan insanlar olduğunu qeyd edirlər.
Kvadrat şokolad sevənlər: öz doğruları vardır. Münasibətlərində köhnə fikirli yanaşmalara sahibdirlər. Çox güclü yaddaşları vardır.
Üçbucaq şokolad (digər adı tobleron) sevənlər: digər insanların düşüncələrinə məhəl qoymayan və özünə güvənən insanlar.
Südlü şokolad sevənlər: saf və keçmişdə yaşayanlar, səssiz, lakin güclü müşahidə qabiliyyətinə malik olanlardır.
Ağ şokolad sevənlər: ədalətli, özünü dünyanın mərkəzində düşünən, qərarlarında tez dəyişiklik edən insanlar.
Tünd şokolad sevənlər: gələcəyə inamla baxa bilən, sosial və müəyyən işlərdə axtarılan insanlardır.