Şəxsiyyətin psixoloji portreti

Şəxsiyyətin İndividual Xarakteristikası

Konkret olaraq insanın ətraf aləmə şüalandırdığı, göndərdiyi cəmi informasiyaları, siqnalları formasına görə jest adı altında 4 kateqoriyada qruplaşdırmaq mümkündür:

1) somatik

2) psixomotor

3)koqnitiv

4)evokativ

Bunlardan birincisi - insanın özünün və ya ayrı-ayrı üzvlərinin fəaliyyətində, davranışında əks olunan ideomotor hərəkət və səsləri(artikulyasiyaları), ikincisi - təfəkkürünün, buna müvafiq olaraq isə nitq və davranışının sürətini, üçüncüsü - təfəkkür proseslərinin formasını və nəhayət, dördüncü - təfəkkürün məzmununu əhatə edir. Məhz bunlar da şəxsiyyətin dinamik baxımdan oaln xarakteristikalarını təşkil edir. Bu xarakteristikalar aşağıdakılardır:

Şəxsiyyətin fizioloji (vital) xarakteristikası

a) Vizual parametrlər, başqa sözlə, görmə hissiyatı vasitəsilə fiksiya oluna bilən parametrlər. Məsələn, forma rəng, hərəkət, şüa və.s kimi. Konkret olaraq insanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir:

- fiziki sima-yəni fizionomiya, qüvvə, köklük, boyun uzunluğu, yaş;

- zahiri görkəm-yəni paltar, saç düzümü, kosmetika;

- müxtəlif ifadəli hərəkətlər-yəni mimika, pantomimika, vokal mimika: poza, manera,yeriş, duruş, gözqırpma;

b)  Audial (vokal) parametrlər, başqa sözlə eşitmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər; Məsələn, musiqi, göy gurultusu, çay şırıltısı. İnsanın bu kateqoriyadan ətraf dünyaya yaydığı informasiyalara aiddir:

- akustik sima: səsin amplitudası, tembri, tonallığı

- paralinqvistik elementlər: temp, ton, ucalıq, intonasiya, tələffüz, gərginlik, uzlaşma kimi nitq çalarları

- ekstralinqvistik elementlər: pauza, nəfəsalma, ağlama, gülmə, öskürmə

c) Daktil parametrlər, başqa sözlə, toxunma( lamisə hissiyyatı) vasitəsilə fiksiya oluna  bilən parametrlər

d) Parfümer parametrlər, başqa sözlə, iybilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər

e) Dequstral parametrlər, başqa sözlə, dadbilmə hissiyyatı vasitəsilə fiksiya oluna bilən parametrlər

Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası. Bu kateqoriyaya aiddir:

a) Hissi davranış: emosiyaların dayanıqlılıq tərzi, o cümlədən, emosiyalarını tez büruzə vermək (tez sevinib, tez kədərlənmək kimi) və ya daim nəzarətdə saxlaya bilmək

b) İntellektin tempi: təfəkkürünün o cümlədən, onun təzahürü olan davranış və nitqinin sürəti, tempi

Şəxsiyyətin intellektual (koqnitiv) xarakteristikası. Bu kateqoriyaya aiddir:

a) Rasionalizm, o cümlədən beynin assosiativ qabiliyyəti, səbəb-nəticə arasında əlaqə görə bilmək qabiliyyəti

b) Erudisiya potensialı, yəni, məlumatlılıq, kompetensiya, dünyagörüşü

Şəxsiyyətin iradi (evokativ) xarakteristikası. Bu kateqoriyaya aiddir:

a) məqsəd və motivləri seçə bilmək qabiliyyəti;

b) psixi prosesləri yerinə yetirilən fəaliyyət növünü uyğun təşkil edə bilmək qabiliyyəti

c) məqsədin əldə olunması yolunda ortaya çıxan maneələrin dəf edilməsi üçün fiziki və psixi imkanları səfərbər edə bilmək qabiliyyəti

Bu 4 sfera insan ürəyinin, beyninin bir növ güzgüsü, displeyi, illüminatoru, ekranıdır. Hər bir insanın psixi portreti məhz bunların ayrı-ayrılıqda bir-biri ilə necə kombinasiya olması ilə müəyyənləşir.

Müəllif: Şəbnəm Cəlilova