Şokolad kişi məhsulu adlandırıldı

        İngiltərə və Şotlandiyalı alimlər tərəfindən 26 qadın və 16 kişini əhatə edən bir araşdırma aparılıb. Eksperiment zamanı onlar tünd, südlü vəya  ağ şokolad yeməli idilər. Bundan 2 və  6 saat sonra iştirakçıların qan və sidik testləri götürülür. Tünd şokolad istifadə edən kişilərdə trombositlərin aktivləşməsi və aqreqasiyası əhəmiyyətli dərəcədə azalıb. Və bunu 2 saat sonra da  müşahidə etmək mümkün idi. Qadınlarda isə belə bir tutarlı nəticə görülməmişdir.Yeni bir təcrübə göstərir ki, şokolad qadınlar üçün deyil, məhz kişilər üçün daha faydalıdır.

Şokolad haqqında

Şokolad özünəməxsus bir ətrə malikdir və tərkibində bir çox vitaminlər, aminturşuları, antioksidantlar və neyromediatorlar vardır. Tropik qurşaq boyunca yetişən kakao ağacı paxlasının yağı və tozundan hazırlanır.Nə qədər tündürsə bir o qədər də şokolad faydalıdır.Təbii ki, tünd şokolad şokoladların ən faydalıdısıdır, çünki tərkibində kakao paxlası daha çoxdur.

Kişilər üçün faydası nədir?

Məhsulun faydasını başa düşmək üçün təbii şokoladın tərkibini bilmək lazımdır. Təbii qara şokoladda ən azı 55% kakao olmalıdır.

Dəmir; Maqnezium; Selenium; Sink; Folik turşusu; Flavonoidlər; Üzvi turşular; Beta-karoten. PP, B2, B1, E. vitaminləri.

Ürək damar xəstəliklərin profilaktikası.

Amerikadan olan alimlər, müntəzəm olaraq qara şokoladın istifadəsi zamanı trombların əmələ gəlməsinin azalmasını sübut ediblər. Bədəndə olan toksinlər və zərərli maddələr ixrac olunur və orqanizmda cavanlaşma prossesi gedir. Çoxlu miqdarda flavonoidlər infarkt və insultun qarşısını alır. Sübut olunub ki, bu patologiyadan kişilər qadınlardan daha çox əziyyət çəkir .Ateroskleroza qarşı- təzyiqi tənzimləmək üçün yalnız bir parça qara şokolad yemək kifayətdir. Məhsulun tərkibi damaların divarlarını xolesterol çöküntüsündən qoruyur. Ümumiyyətlə, məhsulun müntəzəm istifadəsi qanda zərərli xolesterinin səviyyəsini azaldacaq. Acı şokoladda bronxitin müalicəsi zamanı kömək edə biləcək teobromin alkoloidi var.

Cinsi güc

Məhsul potensiya  üçün də faydalıdır. Tünd qara  şokolad, libidonun səviyyəsini artıran afrodizyak məhsulu sayılır. Kakao paxlasının tərkibində sink elementi daxildir. O, kişi cinsi hormonu olan testosteronunun aktiv ifrazına kömək edir. Sinkin fonunda spermanın keyfiyyəti və aktivliyi yaxşılaşır.

Məhsulun digər fayadları

 Şokoladın güclü antidepressant adlandırıldığını xatırlatmaq lazımdır. Onun tərkibində  serotonin (xoşbəxtlik hormonu) var. Əhvalın yüksəlməsi üçün bir neçə dilim yemək kifayətdir. Həmçinin, alimlər sübut ediblər ki, o ağızda əridiyi zaman insana  bir öpüşdən daha çox xoşbəxtlik yaşadır. Qara şokolad beyin fəaliyyətini aktivləşdirir, yaddaşı gücləndirir. Ümumiyyətlə, qara şokolad həm kişilərin, həm də  qadınların mərkəzi sinir sistemi üçün faydalıdır. Məhsulun tərkib hissəsi olan maqnezium isə həzm sistemini normallaşdırır.

Nə qədər yemək lazımdır?

Keyfiyyətli bir məhsul seçdiyiniz halda, kakao konsentrasiyası yüksək olacaq. Buna görə gündə yalnız 30-35 qram qara şokolad yemək kifayətdir, bundan daha çoxuna ehtiyyac yoxdur. Belə bir miqdar bütün lazımi element və vitamin çatışmazlığını qarşılayacaq.

Zərərləri

Həddindən artıq istehlak köklüyə səbəb ola bilər. Kakao paxlası yüksək allergen məhsullara aiddir. Buna görə də allergik insanlara bu şirniyyatı yemək qadağandır. Həm də diabet, artıq çəki xəstəliyindən əziyyət çəkən insanlar bu  məhsulu yeyə bilməz. Bütün digər hallarda, məhsulun lazımi qaydada istifadəsi, yalnız faydalı ola bilər.

 Tərcümə və redaktə: Dr.Xanım Şükürlü