Siqaret çəkmək orqandakı hüceyrələri zəiflədir – Yırtığın yaranma səbəbləri/VİDEO

Yırtıqlar, cərrahi xəstəliklər arasında özünəməxsus bir yer tutur.

Psixoloq.az xəbər verir ki,qarın yırtığı adi halda həyat üçün təhlükə ərz etməsədə, ağırlaşdığı zaman ölüm riskini artıran patologiyalardandır.

Bəs yırtıq nədir?

Mövzu ilə bağlı Psixoloq.az-a açıqlama verən ümumi və transplant cərrah Bəhruz Səlimov bildirib ki, yırtıq qarın boşluğunda yerləşən orqanların dəri altına çıxmasıdır. Onun sözlərinə görə, rast gəlmə tezliyi ən yüksək olan qasıq yırtığı qadınlarla nisbətən kişilərdə daha çox rast gəlinir:

 “Qarın yırtıqlarının əməliyyat qərarını ümumi cərrahlar verir. Həm uşaqlar, həm də böyüklərdə rast gəlinir. İlk rast gəlindiyi zaman  planlanmış əməliyyat məsləhətdir. Əgər hansısa ağırlaşması varsa  və ya yırtıq həddən artıq böyükdürsə, bu zaman təcili əməliyyata göstərişdir. Mütləq əməliyyata əsas göstəriş isə boğulmuş yırtıqlardır”.

Doktor Bəhruz bəy hazırda istifadə edilən ən son üsullardan bəhs edib.

“Dünyanın da qəbul etdiyi yırtıqların xüsusi materialdan olan torlarla plastikasıdır. Bu zaman yırtıqların meydana gəldiyi yırtıq qapıları adalanan nahiyə bərpa edilərək tor implantlar vasitəsi ilə möhkəmləndirilir. Bu həm açıq, həm də qapalı üsulla edilə bilər” , - deyə B.Səlimov qeyd edib.

2414f931f6afb1b81fdd6045a17f2862.jpgJurnalistin “Yırtıq nə üçün əmələ gəlir?” sualını isə həkim bu cür cavablandırıb:

“İlk növbədə qarın boşluğundan təzyiqin artması  ilə gedən proseslər səbəb olur.

Bunlara qəbizlik, öskürmək, həddin artıq artıq çəki, ağır işlərlə məğul olmaq və s daxildir. Bəzi proseslər qarın divarlarının zəfləməsinə səbəb olur. Buna siqaet çəkməyi misal çəkmək olar. Siqaret çəkmək iki mexanizmlə yırtıq riskini artırır. Siqaret kollagen lifləri parçalayan kollagenaza fermentini aktivləşdirərək bütün bədəndə kollagendən əmələ gələn strukturları zəiflədir ki, bunların arasında qarın boşluğunun divarlarıda daxildir. Digər səbəblərdən biri də siqaretin xronik öskürək verməsidir ki, öskürəyin özü də qarın boşluğunda təzyiqin artmasına səbəb olur və bu da ikinci faktor rolunu oynayır”.

Qeyd edək ki, ümumi cərrah yırtığın müalicəsinin sadəcə əməliyyat yolu ilə olduğunu açıqlayıb.

Əlavə suallar üçün həkimlə bir başa əlaqə yarada bilərsiniz.

Tel: 070 -579-88 -33

Şəhanə Quliyeva