Siqaret vərdişi adətən yeniyetmə zamanında başlayır. Buna isə təzyiqlər və sosial dostlar səbəb ola bilər.
Bəs hər kəs zərərli olduğunu bilə-bilə nə üçün çəkməyə davam edir?
Psixoloq.az xəbər verir ki, siqaret çəkən insanların əksəriyyəti nə üçün buna davam etdirdiyini bilmir. Psixoloqlar bildirirlər ki, insanlarda nəticə eyni olsa da cavabları fərqli olur. Araşdırmalar göstərir ki, siqaret çəkənlərin bir çox qismi ağıllı və zəkalı insanlardır. Amma buna baxmayaraq nə üçün tərgidə bilməməklərinin səbəblərini ayırd edə bilmirlər.
Bunun səbəbi əsas iki faktor ola bilər.
Tütün alışqanlığı – tütünün içindəki rəngsiz maddə insanda narkotika kimi asıllıq yarada bilər. Siqaretdən çəkilən hər nəfəs, ciyərlərə müəyyən miqdarda nikotin göndərir. Bir siqaret çəkimində vücuda 20 faiz nikotin daxil olur. Məhz bu səbəbdən həkimlər siqareti tərgitmək istəyən insanlara ilk olaraq nikotini bədəndən təmizləyən vasitələri tövsiyə edirlər.
Bundan əlavə bəzi əhvalla bağlı dəyişikliklər də siqaret vərdişinə səbəb ola bilər.
Stress, əsəb insanların siqaret çəkməsi üçün özlərinin inandırdıqları bəhanələrdir.
Unutmayın ki siqareti tərgitmək üçün heç zaman gec deyil.
Qeyd edək ki, bunun üçün psixoloq dəstəyi də almalısınız.
Şəhanə Quliyeva