Stresi bu üsulla azaldın

İş, dərslər, müxtəlif problemlər bəzən gün ərzində stresli olmağınıza səbəb olur.

Psixoloq.az axşam.az-a istinadən stresdən qurtulmağın 7 yolunu təqdim edir:

İdmanla məşğul olun

Gün ərzində müəyyən qədər idmanla məşğul olmaq endorfin hormonu yaradır. Qəlb atışını sürətləndirir, dərinin canlanmasına, parlaq görünməsinə səbəb olur.

Sevdiklərinizlə zaman keçirin

Sevdiyiniz, sizi xoşbəxt edən insanlarla zaman keçirin. Vaxtınızı yaxşı dəyərləndirmək sizi stresdən uzaq tutacaq.

Yoqa və meditasiya edin

Davamlı olaraq yoqa edən insanlar bunun stresi azaltdığını deyir. Əgər yoqanı sevmirsinizsə, meditasiya edin. Bu sakitləşməyinizə yardım edəcək.

Yuxu rejiminə diqqət edin

Ən vacib amillərdən biri də düzgün yatmaqdır. Bu həm dərinizin yaxşı görünməsinə, həm də stresin azalmasına imkan yaradacaq.

Sağlam qidalanın

Stresdən azad olmaq üçün xoşbəxtlik hormonunu artıran qidalar qəbul edin.

Özünüzə zaman ayırın

Gərgin iş rejiminin arasında 10-15 dəqiqə dincəlmək lazımdır. Açıq havaya çıxın. Belə olduqda özünüzü daha yaxşı hiss edəcəksiniz.

Stresin sizi əsir almasına imkan verməyin

Eviniz ən çox zaman keçirdiyiniz yerdir. Bu səbəblə stresin evinizə girməsinə şərait yaratmayın. Evinizi pozitiv əşyalarla bəzəyin.