Müasir insanlar tez-tez psixoloji gərginlik yaşayırlar. Çünki cəmiyyətdə baş verən sosial-iqtisadi problemlər və həddindən artıq informasiyanın olması əsəb-psixoloji pozulmalar gətirib çıxarır. Bununla da insanda bir çox psixosomatik xəstəliklər yaranır. Daha çox ürək-damar xəstəliklərinə, habelə orqanizmin müqavimət sistemini zəiflədərək digər xəstəliklərə şərait yaradır. Alimlər uzun zamanlar apardıqları araşdırmalar əsasında həftə ərzində insanlara müxtəlif vaxtlarda təsir edən bəzi risk amillərinin siyahısını tərtib etmişdir.
Təlimat: Cədvəl həftə ərzində hər gün axşam doldurulur. Siyahıda uyğun cavabların qarşısına işarə qoyun. Hər cavab bir baldır. Həftə sonu balları toplayın:
Həftənin günləri
Risk amilləri Bazar ertəsi Çərşənbə axşamı Çərşənbə Cümə axşamı Cümə Şənbə Bazar
1) Çatışmayan və pis yuxu --- --- --- --- --- --- ---
2) Yolda,işdə və evdə
pozulan əhval --- --- --- --- --- --- ---
3) İşdə pozulmuş əhval --- --- --- --- --- --- ---
4) Xoşagəlməz iş --- --- --- --- --- --- ---
5) Həddən artıq olan səs --- --- --- --- --- --- ---
6) 3 fincandan artıq tünd kofe
qəbulu --- --- --- --- --- --- ---
7) 10-dan artıq siqaret çəkmək --- --- --- --- --- --- ---
8) Daha çox alkaqol qəbulu --- --- --- --- --- --- ---
9) Çox az olan fiziki aktivlik --- --- --- --- --- --- ---
10) Daha çox yemək --- --- --- --- --- --- ---
11) çox şirniyat qəbulu --- --- --- --- --- --- ---
12) Şəxsi problemlər --- --- --- --- --- --- ---
13) İş vaxtından artıq işləmək --- --- --- --- --- --- ---
14)Evdə əhvalın pozulması --- --- --- --- --- --- ---
15) Öz işinin keyfiyyətinə şübhə --- --- --- --- --- --- ---
16)Baş ağrıları --- --- --- --- --- --- ---
17)Ürək zəifliyi --- --- --- --- --- --- ---
18) Mədədə ağrılar --- --- --- --- --- --- ---
1-20 bal. Vəziyyət normaldır. Hər ehtimala qarşı növbəti həftə bir daha yoxlayın.Bu çox və ya az dərəcədə olan subyektiv qavrayış və özünütənqidin olmaması da ola bilər.
21-40 bal. Hələlik şərait o qədər də həyəcanlandırıcı deyil, ancaq bəzi bəndlərə diqqət etmək lazımdır. Tez bir zamanda onlar artıb ciddi təhlükə yarada bilər.
41-60 bal. Təhlükə göz qabağındadır. Əgər ən tez vaxtda həyat tərzinizlə bağlı ciddi addımlar atmasanız sizi mürəkkəb və bunlardan da artıq xoşagəlməzliklər gözləyir.
60 baldan yuxarı. Sağlamlığınız ciddi təhlükədədir. Cədvəldə vacib bəndləri təhlil edin və təcili olaraq öz sağlamlığınıza diqqət yetirin.
ÇALIŞIN STRESS VƏ STRESƏ SƏBƏB OLAN SİTUASİYALARDAN UZAQ OLUN. UNUTMAYIN, SAĞLAMLIĞINIZ HƏR ŞEYDƏN VACİBDİR.