Stress: dəyişən dinamika

Stress psixoloji proses olmaqla, bədənin funksional ritminə təsir edir və gözlənilməz dəyişikliklərlə özünü göstərir. Belə ki, münasibətlərdə ünsiyyət axışının əsassız şəkildə pozulması, fikirlərə fərdi düşüncə tərzi ilə həssaslıqla yanaşmağa, davranışlarda qeyri-normallığın müşayiət olması kimi əlamətlərlə öz əksini tapır. Davamlı narahatlıq və nigaranlıq halında hərəkətlər sərgilənir.  

            Tədqiqatlara əsasən, bəzi insanlarda stresə meyllilik daha çox özünü büruzə verir, bəziləri isə yönləndirmə və idarəetmədə bacarıq formalaşdıra bilirlər. Yəni, stress insanın kölgəsi kimidir. Kölgəsindən qorxanları daima əsarətində saxlayır. Kölgəsini tanıyanlar isə əvvəlcədən hazırlıqlı olurlar. Bu da öz növbəsində, insanın baxış bucağını, yanaşma tərzini, düşünmə xüsusiyyətlərini tənzimləməyə xidmət edir.   

Stresi idarə etmək önəmlidir yoxsa stresə düşünməmək?

Etriaf etmək lazımdır ki, stress müasir dövrdə təbii və normal hallardan biridir. Çünki, stress informasiya bolluğunu idarə edə bilməməkdən yaranır. Stresə düşməmə vəziyyətinin olması üçün insan özünü bütün informasiyalara bağlamalıdır. Fəaliyyətdə olan insan üçün bu vəziyyətin mümkün olmadığını qəbul etsək, deməli stresi idarə etmək daha məqsədəuyğundur. İdarə oluna bilməyən stress insanı özünütənzimləmədən məhrum edir, düzgün seçim və qərarlardan uzaqlaşdırır, məntiqi düşücənin yaranmasını əngəlləyir. Stressin ən güclü tərəfi insanın özündən asılı olmayaraq, enerjisini sormağa başlayır. Enerji yuxu  və oyaq halda elə şəkildə azalmağa davam edir. Bu proses yorğunluğun, halsızlığın, tükənmişliyin  əsasını qoymuş olur.   

         Qeyd etmək lazımdır ki, hər bir insanın öz fərdi stresli davranış ssenarisi var. Bu ssenari uşaqlıqda, valideynlər stresli olduqda, uşağın qarşısında toqquşduqda, istəmədən onu problemlərinə cəlb etdikdə öyrənilir. Eyni zamanda, uşaq valideynlərin nümunələrini mənimsəyir və sonra bilmədən onları yetkin həyatında kopyalayır. Buna görə, bəzi insanlar streslərini aqressiv impulslar şəklində digər insanlara tökür və ya qabları qırır, bəziləri səssizcə kədərlərini yaşayır və ağlayır.Qəzəbə, düşmənçiliyə, kinliliyə, əsəbiliyə meylli insanlar stresə daha çox meyllidirlər və yumor hissi olan açıq, xeyirxah insanlar, əksinə, taleyin qarışıqlıqlarına daha davamlıdırlar.     

          Bir çox tədqiqatçılar qeyd edir ki, insanın emosional stres şəraitində göstərdiyi reaksiyaların təbiətinə şəxsiyyətin özünə hörmət hissi böyük təsir göstərir. Qəsdən özünə hörməti aşağı olan insanların, adətən, adekvat özünə hörməti olanlara nisbətən daha çox narahatlıq əlamətləri (həm subyektiv, həm də obyektiv səviyyədə) göstərdikləri məlumdur. İmtahan stresində avtonom sinir sisteminin vəziyyətinin öyrənilməsi göstərdi ki, imtahan stresi vəziyyətində simpatik sinir sisteminin ən aydın aktivasiyası yüksək narahat olan tələbələrdə, eləcə də müsbət keyfiyyətlərə görə aşağı özünə hörmət göstəriciləri olan şəxslərdə müşahidə edilmişdir.

         Məhz, bu baxımdan imtahan zamanı yüksək müsbət özünə hörmət və bununla əlaqəli müvəffəqiyyətə inam, müsbət şəxsi keyfiyyətləri ilə özünə hörməti aşağı olan tələbələrlə müqayisədə simpatik sistemin fəaliyyətinin azalmasına səbəb olur.

       İdman stresinə həsr olunmuş bir sıra əsərlərdə göstərilmişdir ki, zehni stresin yaranmasına səbəb olan vəziyyətlərdə uğur qazanmaq motivasiyası şəxsiyyətə narahatlığın əksinə təsir göstərir, müvafiq olaraq narahatlığı az olan idmançılar daha yüksək hədəflər qoyur. Stressli şərtlərə uyğunlaşmanın müvəffəqiyyət üçün yüksək motivasiya və uğursuzluqdan qaçmaq üçün aşağı motivasiya ilə xarakterizə olunan şəxslərdə etibarlı şəkildə daha yaxşı həyata keçirildiyi də müəyyən edilmişdir.

      Beləliklə, stress həm müsbət, həm də mənfi  formada insanın gizli hakimi funksiyasını daşımış olur.

 

Nüşabə Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi