Pik saatlarında yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə yolda dəyişiklik edilib.
Psixoloq.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət paytaxtın Binəqədi rayonu Şövkət Məmmədova küçəsindən gedir. Sözügedən yol artıq bir neçə gündür ki,''Bolluq'' bazarı kimi tanınan ərazinin yanından bir tərəfli olub. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yolun bir tərəfli edilməsində məqsəd günün pik saatlarında sıxlığı aradan qaldırmaqdır.
Sürücülər də bu dəyşikliyin müsbət nəticə verəcəyini deyirlər.
Amma buna baxmayaraq, hələ də bu nişana fikir verməyib əks yola çıxan sürücülər var. Baxmayaraq ki, dəyşiklik zamanı yolda nişanlama xətləri və lazımi yol nişanları da qoyulub. Onu da qeyd edək ki, ''Dərnəgül'' metrostansiyası və ''Bolluq'' bazarı istiqamətindən gələn sürücülər şəhər mərkəzinə doğru getmək üçün ''Azadlıq'' metrosu yaxınlığında geri dönüş etməklə hərəkətə davam edirlər.
Sözügedən dəyşiklik zamanı minik avtomobilləri ilə yanaşı 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının hərəkəti də rahatlaşıb. Burdakı dəyşiklik də sürücülərin ürəyincədir.