Təcavüz, könülsüz bir qurbanı məcburən cinsi münasibətə qatmaqdır. Əksər zaman bu hal cinsi münasibətlə nəticələnsə də, toxunma, ağrı vermək şəkilləri də ola bilər.
Burada qarşı tərəfi dəyərsizləşdirmə var. Bu isə qurbanda unudulmayan, mənfi izlər qoya bilər. Qurbanlar isə “Nə üçün mən” sualına cavab axtararlar. Belə insanlarda utanma, əsəbilik, zehni qarışıqlıq duyğuları hakim olar. Bu isə depressiya, stress pozuntusu kimi psixoloji problemlər yarada bilər.
Uyğun terapiya və dərmanlarla bu hissləri azaltmaq olar. Aparılan araşdırmalara görə, təcavüzçülərin 99 faizi kişilərdir. Qurbanların 10 faizində təcavüz edən onun yaxın qohumu olur. Belə xəstələr təcili nəzarətə alınmalı və müalicələrə başlanılmalıdır. İlk olaraq antidepresant dərmanları verilməlidir.
Tərcümə etdi: Quliyeva Şəhanə