Təfəkkür və nitq psixi hallardan olub bir-birilə sıx bağlılıq təşkil edir.Belə ki,nitqin ləng inkişafı, lüğətin passiv olması ümumiləşdirmələrin zəifliyi və ayrı-ayrı analizatorların qüsurları təfəkkürün funksiyalarının zəifliyinə gətirib çıxarır.Təfəkkür mürəkkəb xarakterli olub,beynin şərti-reflektor fəaliyyətinin mükəmməlləşdirilməsini tələb edir.Oliqofrenlərdə(intellekt pozuntusu olan uşaqlar)yeni,xüsusi ilə də mürəkkəb şərti əlaqələr çətinliklə və ləng formalaşır.Buna görədə hər hansı bir psixi pozuntusu olan uşaqlarda ümumiləşdirmə gec və konkret formalaşır.Nitq təfəkkürdən asılı olduğu kimi sadə təfəkkürün formalaşması da qavramadan asılır.Buna görədə psixologiyada təfəkkür qavramanın növbəti mərhələsi kimi qəbul edilir.ümumiləşdirmə,fərqləndirmə,müqayisəetmə,təsnifləşdirmə və qruplaşdırma ayrılıqda təfəkkür prosesi kimi öyrənilir.Bu proseslərinin hər hansı birinin pozulması bütövlükdə təfəkkürün pozulması deməkdir.Əqli cəhətdən geri qalan məktəblilərin təfəkkürünün əsas çatışmazlığı –ümumiləşdirmənin zəifliyidir.Bu çatışmazlıq təlim prosesində biruzə verir (qaydaların,ümumi anlayışların mənimsənilməsində). Buna görə də qrammatikanın və riyaziyyatın öyrənilməsi zamanı qaydaların mənimsənilməsinin çətinlikləri müşahidə olunur. Streotip təfəkkür,analiz və sintezin xüsusiyyətləri də oliqofrenlərə xasdır.Bu isə nitqdəki qüsurları qaçınılmaz edir.Nitq inkişafının gec başlamasından əlavə,bu uşaqlarda passiv və fəal lüğətin zəifliyi müşahidə edilir.Mənimsənilən sözlər onun fəal lüğətinə daxil edilsə də,düzgün mənisənilməmiş olur.İntellekt pozuntusu olan uşaqlarda sözün mənasının mənimsənilməsi çox hallarda onun gerçəkliyinə uyğun olmur.Nitqin qrammatik quruluşu zəif inkişaf edir,mürəkkəb cümlələr olmur,onlar öz fikirlərini izah etməkdə çəinlik çəkirlər.Nitqin inkişafsızlığı və təfəkkürün konkretliyi qarşılıqlı əlaqədə və qarşılıqlı asılıdırlar.Buna görədə istər intellekti pozulmuş,istərsədə normal intellekte sahib olan uşaqlarla işləyən zaman psixi prosesləri həmçinin onların sensetiv dövrlərini bilərək işə başlasanız daha uğurlu nəticə əldə etmiş olarsınız.Psixi hallar arasında əlaqələrin yaradılması isə bilavasitə intellektin artmasına gətirib çıxarır.