Tələbə adını qazana bilməyənlər üçün şans - Sənədlərin qəbulu...

Cari ilin məzunları  arasında ali məktəb imtahanları zamanı tələbə adını qazana bilməyənlər heç də ümidsiz olmasınlar. Kolleclərə qəbul olub tələbə adını qazanmaq şansını əldə edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, kolleclərə sənədlərin qəbulu hələ avqusutun 20-də başa çatır.

Elektron ərizə qəbulunun bu mərhələsi aşağıda sadalanan kateqoriyaya aid olan abituriyentlərin qeyd olunan əməliyyatları yerinə yetirməsi üçün nəzərdə tutulub:

“Cari il buraxılış imtahanı verib müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul avqustun 20-si axşam saat 20:00-dək aktiv olacaq”.

Daha ətraflı aşağıdakı  linkə daxil olmaqla məlumat əldə etmək olar.

http://eservices.dim.gov.az/erizebak/erize/?frm=egov 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, əvvəlki illərin məzunları artıq kollecə sənəd verə bilməz:

“Çünki əvvəlki illərin məzunları üçün ayrıca imtahan keçirilir. Buna buraxılış imtahanı qaydasında qəbul imtahanı deyirlər. İyulun 10-da əvvəlki illərin məzunları üçün kollecə və V ixtisas qrupuna qəbul imtahanları keçirilib. Əvvəlki illərin məzunları iyulun 10-da imtahan verməli idilər. Cari ilin məzunları isə kollec və V qrup üçün buraxılış imtahanı nəticələrinə görə qeydiyyatdan keçib iştirak edirlər”.