Bir sıra problemləri aradan qaldırır - Tomatis metodu nədir?

Bu metodun ixtiraçısı Prof.Dr.Alfred Tomatis 1920-2001- ci illər arasında yaşamış  bir qulaq, burun, boğaz həkimi və səs alimidir. Tomatis eyni zamanda Antropoloji və Psixoloji sahələrində ixtisaslaşıb. Fransada ixtisası olan karlıq üzrə çalışmalar həyata keçirərək məşhur müğənnilərə  uzun illər şəxsi məsləhətçilik edib. 

Tomatis metodu sağ və sol qulağın balanslı işləməsini və yaxşı səs analizini apara bilməsini həyata keçirir. Metodun başqa bir məqsədində isə sağ qulağın daha təzyiqli olması  hədəflənir. Sağ qulaq sol beyinə gedən ən qısa və ən tez yoldur. Sol beyin analitikdir və məntiqlə idarə olunur. Sol qulaq sağ beyinə gedən yol isə daha emosional , yaradıcı, sosiallığı çox yüksək , empati quran şəxsləri təmsil edir. Şagird(öyrənən) yaxşı eşitdiyi  və eşitdiyini doğru analiz edəbildiyi müddətcə dərslərini dinləməkdən zövq alır, diqqətini və əsasəndə seçici diqqətini artırır, özünə olan güvəni yerinə gəlir, beləliklə də qabiliyyəti yüksəlir.  Bundan başqa əlaqə qurmaq qabiliyyəti qüvvətlənir, nitqində axıcılıq yaranır, sosiallaşması artır, stress və narahatlığı azalır(əsasən öyrənənlərin daha sıx yaşadığı imtahan həyəcanı,narahatlığı və stressi), oxuma və oxuduğunu anlama  və yazma bacarıqları qüvvətlənir, motor bacarıqlarında problem varsa onları aradan qaldırır, akademik bacarıqları artırır, hiperaktivlik problemlərini  və planlama təşkilatçılıq pozuntularını, autizm, depressiya, sinir kimi duyğu və davranış problemlərində də gözlə görüləbiləcək bir dəyişiklik yaradır.Tomatisə görə qulaq  sadəcə bir dinləmə, eşitmə orqanı deyil, eyni  zamanda koordinasya  mərkəzi (vestibulyar sistem) , beynin ən önəmli enerji qaynağı ve sinir sistemimizə açılan bir qapıdır. Səsin, qulaqlıq  vasitəsi  ilə  həm sümük  həm də sinxron olaraq  havadan qulağa gəlməsini təmin edir,  daha diqqətli  bir dinləmə və bu səbəbdən  daha təmiz nitqi təmin edən bir alternativ metoddur Qulaqlar  daha az eşitməyə başlayanda  lazımi səsləri qulağa tam olaraq çatdıra bilmədiyində beyində əksik və ya yanlış qəbuletmələr ola bilər. Bunun nəticəsində yorğunluqdan depressiyaya,öyrənmə çətinliyindən əlaqə   pozulmasına, diqqət əksikliyi sindromundan qulaq küyünə qədər bir çox problemə səbəb olur. Bəzən isə eşidirik ancaq dinləmirik.Qulağa düzgün tezliklərlə düzgün səslər yönləndirildiyində isə tam əksinə olaraq bir sıra xəstəliklərin sağalmasına şərait yaranır. Tomatis metodu da tam bu nöqtədə hərəkətə keçir. Tomatis metodu autizmdən öyrənmə çətinliyinə, depressiyadan diqqət pozuntusuna qədər fərqli problemlər üçün yaxşı bir həll yoludur.

Bəs dinləmə seansları hansı müddətdə davam edir?

Hər bir şəxsə ayrı-ayrılıqda yaşadığı problemə görə dinləmə  proqramı  hazırlanır və qulaqlıq ilə seçilən musiqilər dinlədilir. Şəxsə uyğun hazırlanan dinləmə seansları 14 gün ərzində hər gün  30-120 dəqiqə arası olmaqla davam edir və 4 və ya 6 həftəlik aradan sonra şəxsin ehtiyacına və aparılan testlərin nəticəsinə uyğun olaraq  lazım bilinərsə ikinci  14 günlük proqrama başlanılır.

Dinləmə müalicəsində necə musiqilər dinlətdirilir?

Xüsusi seçilmiş musiqilər şəxsin ehtiyacına və problemlərinə görə təyin olunur və qulaqlıq vasitəsilə dinlətdirilir. Dr.Tomatisə görə qulağın erkən inkişafının səbəbi sinir sisteminin inkişafına enerji təmin etməkdə oynadığı roldur. Məhz bundan faydalanaraq Dr.Tomatis seçilmiş səslərdən istifadə etməyə qərar vermiş və qulağın səsləri ayırdetmə funksiyasının asanlaşdırılması yolunu tapmışdır. 4000 hz ətrafında filtrasiya xidməti sayəsində beyin özünü müəyyən sahələrin akustik analizinə yönləndirir. Musiqilərdə əsasən tezlikləri və şiddətləri dəyişdirilmiş Mozart musiqiləri istifadə edilir.

Tomatis metodundan hansı vəziyyətlərdə faydalanılır?

Uşaqlar üçün istifadə sahələri:

Aksiyete(narahatlıq,qorxu,gərginlik,sıxıntı halı)

İmtahan stressi və narahatlığı

Diqqət əksikliyi hiperaktivlik pozuntusu(DDHP)

Danışıq və ifadəetmə bacarıqlarının gücləndirilməsi

Kəkələmə və nitqdə ləngimə

Konsentrasiya əksikliyi

Özünə inam əksikliyi

Öyrənmədə çətinlik

Disleksiya

Çox rastlanan inkişaf pozuntusu

Fiziki qüsurlu(Daun,serebral iflic)

Autizm

Disqrafiya

Asperger sindromu

Yetkinlər üçün istifadə sahələri

Stress

İmtahan narahatlığı

Depressiya 

Effektiv emosional pozuntu

Yorğunluq,enerjisizlik

Yuxu problemləri

Təşkilati pozulmalar

Özünə inam əksikliyi

Psixo-somatik xəstəliklər(Migren,panik atak və s.)

Konsentrasiya əksikliyi

Səs və musiqi duyumunun inkişafı

Elaqə və ifadə etmə zəifliyi

Diqqət əksikliyi

Ana namizədləri üçün istifadə olunan sahələr

Rahatlama

Stressdən qorunma 

Doğuş qorxusu və narahatlığı

Əmizdirmə çətinlikləri

Qorxuları azaltma

 Körpə ilə daha yaxşı əlaqəyə girmə

Yuxu keyfiyyətinin artması

Körpənin həyata uyğunlaşma müddətini qısaltmaq.