Bir müddət əvvəl əməliyyat olunan əməkdar artist Tünzalə Əliyeva evə buraxılıb.
Psixoloq.az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa bu haqda özü xəbər verib. O, həyat yoldaşıyla fotosunu paylaşaraq bildirib ki, artıq evindədir:
"Allaha şükürlər olsun, mən artıq evimdəyəm. Xəstəxanada olanda heç vaxt görmədiyim, tanımadığım insanlar ziyarətimə gəldilər. İnşallah, yaxın günlərdə yenə də işimin başında olacam, gözəllərimin xınasını yaxacam”.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisanın ötən həftə xərçəng xəstəsi olması xəbəri yayılıb.