Xəbər verdiyimiz kimi, Əməkdar artisti Tünzalə Əliyeva (Toppuş bacı)xərçəng xəstəliyinə görə əməliyyat olunub.
Psixoloq.az xəbər verir ki, ötən gün keçirilən əməliyyat uğurla başa çatıb, aktrisa hazırda reanimasiyadadır.
Bildirilir ki, sənətçidə olan xərçəng xəstəliyi uşaqlıq boynunda olan kiçik eroziyadan başlayıb. Mədə kiçiltmə əməliyyatından sonra isə Tünzalə arıqlamaq üçün yeməyi azaldıb. İmmun sisteminin zəifləməsi xəstəliyi sürətləndirib.
Tünzalə Əliyevanın həyat yoldaşı Röyal isə məsələ ilə bağlı sosial mediada paylaşım edib.
O, türkiyəli müğənni Mahsun Kırmızıgülün “Belalım” mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına görə pis olduğunu dilə gətirib:
“Bəzən həyat çox amansız olur. Bəzən isə çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.
Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!”.
Qeyd edək ki, Əliyeva həyat yoldaşı Röyalla 2013-cü ildə ailə qurub. Cütlüyün bir qızı var.