Məşhur türk ulduzu Burak Özçivit şöhrət xəstəliyi kimi tanınan “tükənmişlik sindromu”na mübtəla olub.
Psixoloq.az xəbər verir ki, aktyor bir müddət ekranlardan uzaq qalmağa qərar verib.
Uzun illərdir fasiləsiz işləyən Burak bu xəstəliyinə görə psixoloqa da müraciət edib. Həkimə ürəyini açan aktyor deyib:
“Həyatda istədiyim hər şeyi əldə etdim. Qəhvə içmək üçün Parisə uçmuşam. Gəzmək üçün Şərqə getdim. Amma heç nədən zövq ala bilmirəm”.
Bu xəstəliyinə görə müalicə olunan Buraka xanımı Fəxriyyə Evcən də dəstə çıxıb.(ölkə.az)