Depressiyanın əlaməti ilk olaraq yuxu və yemək pozuntusu ilə özünü biruzə verir.
Psixoloq.az xəbər verir ki, şəxs özünü ümüdsüz və kefsiz hiss edir.
Yorğunluq hissi hakim olur.
İntihar və ölüm düşüncələri daha da çoxalır.
Depressiya yas deyil, ancaq yas depressiyaya səbəb ola bilər.
Hər 6 nəfərdən biri bu problemdən əziyyət çəkir. Qadınlarda kişilərə nisbətdə daha çox görülür.
Bəs depressiyaya səbəb olan faktorlar hansılardır?
Genetik səbəblər
Vücuddakı bəzi hormonların pozğunluğu
Ətraf faktorlar – kasıblıq, şiddət və s.
Qeyd edək ki, müalicəsi isə psixoterapiya, elektroterapiya və s üsulu ilə aparılır.
Şəhanə Quliyeva