Artıq satışda əncir meyvəsini görməyə başlamışıq.
Psixoloq.az məlumat verir ki, əncirin faydalı xüsusiyyətləri olduqca çoxdur.
Bəs bu meyvənin faydaları nədir?
Kaliumla zəngin olan əncir ürək üçün çox faydalıdır.
B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin normal fəalliyyəti üçün çox vacibdir. Həmçinin B qrupu vitaminləri qanyaratma sisteminin işini tənzimləyir, qanazlığının qarşısını alır, dəri və saçların gözəlliyi üçün vacibdir.
Əncir kalium və qidalı liflərlə zəngindir. Bu 2 maddə bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır.
Əncir insan güc və gümrahlıq verir, əhvalı yaxşılaşdırır, stressi azaldır.
Əncir nəfəs yollarını yaxşı təmizləyir, bəlgəmgətirici təsirə malikdir. Öskürək və bronxit zamanı süddə bişirilmiş əncir ən tanınmış və effektli təbii vasitədir.