Uşaqların iştah və qida davranışının nasazlığı arxasında ciddi psixoloji problemlər gizlənə bilər.
Psixoloq.az xəbər verir ki, bu barədə xarici mütəxəssislər məlumat veriblər.
Belə ki, tədqiqatda səkkiz yaşdan on iki yaşa qədər iştah və ya qida davranışıyla müxtəlif problemlər yaşayan 215 nəfər uşaq iştirak edib.
Psixoloqların gəldiyi qənaətə görə, belə uşaqlar tez-tez psixoloji problemlərdən əziyyət çəkiblər, həyacan və narahatlığ hiss ediblər, həmçinin əhval-ruhiyyənin dəyişməsindən, diqqətin defisiti sindromundan və hiperaktivliydən əziyyət çəkiblər.
“Bizim tədqiqatımızın nəticələri göstərir ki, biz yoxlayan uşaqların 22,7 faizi psixoloji təziqdən əziyyət çəkdiyini, (məsələn istehzalar, sataşmaqlar) etiraf ediblər – məhz bunlar onların qida davranışına təsir edib” – deyə məlumatda bildirilib.
Sorğunun nəticələrinə görə, uşaqların 69,4 faizı çəki yığmaq qorxusu hiss etdiklərini, 46,6 faizı isə özlərini kök hesab etdiklərini etiraf ediblər.