Müəyyən yaşa gələn kiçik körpələr ətrafı iyləməklə, dadlarına baxmaqla kəşf edirlər. Bu zaman ən təhlükəlisi isə batareyaların udulmasıdır.
Batareya ağız suyu ilə reaksiyaya girəndən dərhal sonra çox güclü yeyici məhlul əmələ gəlir ki, bu məhlul qida borusunu, nəfəs yollarını, səs telləri, iri damarlarda ağır zədələnmələrə və hətta uşağın ölümünə səbəb ola bilər.
Psixoloq.az xəbər verir ki, amerikalı alimlərin araşdırmalarına görə, bal və sukralfat adlı dərmal bu mənada ən effektlidir. Alimlər analara batareya udan uşağa dərhal bal və ya qeyd etdiyimiz dərmanı verməyi tövsiyə edir. Uşaq xəstəxanaya çatdırılana qədər bal fasilələrlə uşağa verilməlidir.