1980-ci illərin məşhur uşaq proqramı “Susam küçəsi”nin yazarı Mark Saltzmen ekran işindəki Bört və Örni obrazlarının homoseksual olduğunu açıqlayıb.
Yazar bu barədə “New York Times” nəşrinə danışıb.
“Bört və Örni homoseksual cütlük, bir-birini sevən iki kişidir. Onları bağlamağın başqa bir yolu yox idi”, - deyə Mark bildirib.
1984-cü ildən etibarən “Susam küçəsi”nin yazarlığını edən Saltzmen kukla obrazları yazarkən, özünün Arnold Qlasmanla olan uzun sevgi münasibətlərindən bəhrələndiyini bildirib.
“Mən Bört və Örnini homoseksual obraz olaraq yazırdım. Arnold və məni tanıyanlar bu obrazları bizə bənzədirdi”, - deyə yazar fikirlərini ifadə edib.
Qeyd edək ki, obrazları yaratmağa kömək edən kukla ustası Frenk Oz isə Bört və Örninin homoseksual olmasını təkzib edib.
Obrazların yaradıcısı Susam Vörkşop da kuklaların homoseksual olmadığını qeyd edib.(oxu.az)
Psixoloq.az xəbər verir ki, bu barədə münasibət bildirən uşaq psixoloqları valideynləri diqqətli olmağa səsləyiblər. Belə ki, psixoloqlar, uşaqların baxdığı hər cizgi filmlərin onların şüur altına təsir etdiyini qeyd ediblər. Nəzərə alsaq ki uşaqların yaddaşı daha güclüdür, bu səbəbdən ən xırda nüansı belə onlar unutmayaraq, bir müddət sonra da olsa həyatlarında tətbiq edirlər. Xüsusilə də genetika, əxlaqa mənfi təsir göstərən klip, cizgi filmlər, mahnılardan uşaqlar uzaq tutulmalıdır.