Uşaqlara gülünc doğuran adlar qoymaq olar? - Komissiyadan cavab/VİDEO

Nazirlər Kabineti yanında Terminologiya Komissiyası son dövrlərdə uşaqlara Mio, Cani, Aftəndə, Pişərəndə, Keykül, Qirəndə kimi heç bir mənası olmayan, gülüş doğuran adların qoyulması ilə bağlı edilən müraciətlərə mənfi cavab verib. 
Xezerxeber.az-ın məlumatına görə, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində uşaqlara Şeyla, Jiyan, Asenat adlarının qoyulması ilə bağlı müraciətlərə mənfi cavab verilsə də, komissiya bu adların tarixi köklərini araşdırdan sonra onların verilməsinə icazə verib. Komissiyanın məlumatına görə, hər 100 nəfərdən təxminən 60 nəfəri öz uşağına normal, gözəl ad qoyur, təxminən 20 nəfər yeni ad seçir, 20 nəfər isə mənası olmayan ad qoymaq istəyir.

Sosioloq Əhməd Mansurov deyir ki, uşaqlara ad qoyarkən valideyinlər, ilk növbədə onların gələciyini nəzərə almalıdırlar.

Vətəndaşlar da uşaqlara hec bir mənası olmayan, gülüş doğuran adların verilməsini düzgün hesab etmirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: