Uşaqlarda yalan danışmaq Gülnarə Əliyeva 2018.10.18 06:10 1858 Yalan Danışmaq Yalan danışmaq,yanıltmaq və ya xətanı gizlətmək məqsədi ilə söylənən və həqiqətə uyğun olmayan bir davranışdır.Bu davranış sözlə olduğu kimi jest,mimika və ya səssiz qalma şəklində də ola bilər.Bu hal yəni yalan danışma uşaqlarda da görülə bilir.Doğru davranış seçilmədiyində bu vərdiş halını ala bilir.Valideyn yalan danışan uşağına ya həddən artıq reaksiya verir (Əsəbləşir,şiddət göstərir,qışqırır) ya da tamamilə reaksiyasız qalır. Uşaqlar 6 yaşa qədər yanlışla doğrunu ayırt edə biləcək olqunluqda deyillər.6 yaşdan əvvəl xəyal dünyalarının genişliyi və muhakimə yetənəklərinin olmamış olması səbəbiylə uşaqlarda yalan görülə bilər.Belə olan halda uşaq yalanı ilə üzləşdirilməməli və narahat olunmamalıdır.Altı yaş əvcəlki yalanlar aşkar edilib uşaq təhqir olunarsa inkişaf etməkdə olan özgüvəni zədələmiş olarsınız.Bu yaşda uşaq yalan danışanda “Yalan demə “yerinə məncə “Düz xatırlamırsan “Deyib doğru olanı xatırlatmaq və söhbıtin üstündə durmamaq lazımdır. Yalan danışmanın səbəbləri çoxdur və yaş dövrünə görə də motivləri dəyişir.Əgər 6yaş sonrası uşaqlarınız çox yalan danışırsa düz getməyən nələrsə var deməkdir.Altda yatan səbəbləri araşdırıb tapmaq aradan qaldırmaq lazımdır.Əgər yalan danışma halı təkrarlanarsa mütləq bir mütəxəssisə müraciət etməlisiniz. “Uşağınız yalan danışırsa ya sizdən qorxur ya da sizin etdiyinizi edir”. B A.S.Neil. Please enable JavaScript to view the comments powered by Disqus.