Əgər analar uşaqları ilə sadəcə onlara nəzarət etmək üçün oyun oynayır və dağılan oyuncaqlarını özün toplayırsa, belə uşaqlar 5 yaşına qədər duyğularına nəzarət etməkdə çətinlik çəkirlər.
Psixoloq.az xəbər verir ki, bu, İngiltərədə 422 uşaq üzərində aparılan, Minnesota, Zürix universiteti tərəfindən aparılan araşdırmadan sonra məlum olub. Məlumatda qeyd edilir ki, uşaqlar 10 yaşına qədər duyğusal problemlər yaşayaraq məktəbdə çətinlik yaşaya bilərlər. Tədqiqat zamanı uşaqlar 8 il əzində 2,5 və 10 yaşlı uşaqlara nəzarət edilib. Bu araşdırmada xüsusilə, anaların uşaqları ilə oyun oynadıqları zamana, ev ortamına, valideynlərlə dialoqlara nəzarət edilib. Tədqiqatın keçirilməsində məqsəd isə 2 yaşındakı uşaqların duyğu kontrolunu, 5 yaşındakı uşaqların ani reaksiyalarını, 10 yaşlı uşaqların isə duyğusal və məktəb problemlərini araşdırmaq olub.
Psixoloqlar, azyaşlı uşaqların yeni oyunlar kəşf etmələrinin və bu zaman yaranan problemləri həll etmələrinin inkişaflarına müsbət təsir etdiyini bildiriblər. Həmçinin psixoloqlar valeynlərə uşaqların öz problemlərini həll etmək üçün onlara zaman və azadlıq vermələrini tövsiyə ediblər. Əks halda yaranan hər problem zamanı uşaq köməyi valideyndən gözləyərək, həll olmadığı zaman isə gunahı yenə onlara atacaqlarını vurğulayıblar.
Müəllif: Şəhanə Quliyeva