Həyatımız boyunca duyğu və düşüncələrimizi ifadə etməyə ehtiyac duyarıq. Bu zaman təməl istəyimiz isə anlaşılmaqdır.
Psixoloq.az xəbər verir ki, uşaqlar da həyatlarındakı sıxıntıları paylaşmaq, həll etmək istəyirlər. Azyaşlılar isə istəklərinin dərhal və mütləq şəkildə gerçəkləşməsini istəyə bilərlər. Valideynlər isə uşaqlar ağlamasın deyə bütün istəklərini yerinə yetirməyə çalışırlar. Bəzən isə uşaqlar analarına istədiklərini qəbul etdirmək üçün normalda davrandıqlarından daha arzuolunmaz vəziyyətdə olurlar.
Uşaqların əsəblərini çölə vurması onlar üçün daha faydalıdır.
Bu məqamda psixoloqlar, valideynlərə, uşaqların hirs və istəklərini doğru yola - şəkil çəkmək, oyunlar oynamağa yönəltməyi tövsiyə edirlər. Uşaqlarda toplanan enerji təbii yollarla atılmadığı zaman bir sıra problemlər yarada bilər.
İstənilən bir davranış forması uşağa deyilərsə, körpə bunu etməyə bilər. İstənilən reaksiyanı görmək üçün ailə içində elə davranmaq əsas şərtdir. Lazım gəldikdə uşaqdan belə kömək istəmək məqsədyönlüdür.
Bu sahədə medianın rolunu da unutmaq olmaz. Qeyd edək ki, uşağa mərhələli şəkildə öyrətmək lazımdır. İstənilən davranış şəklini almaq üçün isə bəzən uzunmüddət tələb oluna bilər.
Tərcümə etdi: Şəhanə Quliyeva