Uzunqulağı rəngləyib zebra əvəzinə göstərdilər - FOTO

Misirin Qahirə şəhərindəki zooparkda qəribə hadisə baş verib.

Psixoloq.az xəbər verir ki, uzunqulağı zebra kimi rəngləyərək nümayiş etdiriblər. Bu işin üstünü isə 18 yaşlı tələbə Mahmud Serhani açıb.

Serhani bildirib ki, “zebra”ya baxanda onun zebra yox, uzunqulaq olduğunu anlayıb. Misirli tələbənin paylaşdığı foto internetdə sürətlə yayılıb.

Baş verənləri baytarlar da təsdiqləyib. Qeyd edək ki, buna oxşar hadisə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə 2009-cu ildə Qəzzada da baş verib. Zooparkda ölən iki zebranın yerinə iki uzunqulağı rəngləmişdilər.(ölkə.az)

bc2ef8102a75e5244c2f1c8ccebec71d.jpg